Tibbi reabilitasiya: elmi baxışlar və müasir yanaşmalar

23 Fevral 2021

Hörmətli həmkarlar!

Sizi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu və Azərbaycan Tibb Universitetinin və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə təşkilatçılığı ilə “Tibbi reabilitasiya: elmi baxışlar və müasir yanaşmalar” adlı elmi-praktik konfransa dəvət edirik.
XX əsrin son 10 illiyində tibbin başqa sahələri kimi reabilitologiya, fizioterapiya və bərpa müalicəsi də
böyük proqressə uğramışdır. Əvvələr ağır əlilliyə səbəb olan bir çox xəstəliklər hazırda böyük
müvəffəqiyyətlə qısa müddətdə bərpa oluna bilir. Bu da əlillik dərəcəsinin azalmasına, həyat
keyfiyyətinin yüksəlməsinə səbəb olur. Dünyanı çulğalamış pandemiya dövründə reabilitasiyanın
əhəmiyyəti xüsusilə artmışdır. Belə ki, hazırda sağlamlıq imkanları məhdud olanların müalicəsi ilə
yanaşı Covid 19-un fəsadlarının və postkovid sindromun müa-licə və reabilitasiyası çox aktual və
diqqət mərkəzində olan bir problemə çevrilmişdir.
Bununla əlaqədar bütün dünyada olduğu kimi, Azərbaycanda da tibbi reabilitasiya üzrə elmi
toplantıların keçirilməsi, yenilənmiş bərpa üsulları, reabilitasiya işinin təşkili və menecmentinə dair
yeni məlumatların paylaşılmasına ehtiyac yaranmışdır.

Tədbirin keçirilməsi 27 mart 2021-ci il tarixində online rejimdə nəzərdə tutulur.

Əhatə olunan mövzular:
Reabilitasiya işinin təşkili, tədrisi
Reabilitasiyada dünya təcrübəsi
PostKovid Reabilitasiya
Ürək-damar xəstəliklərində reabilitasiya
Dayaq-oynaq sistemi xəstəliklərində reabiltasiya
Sistem xəstəliklərində reabilitasiya
Psixoloji reabilitasiya

Serebro-vaskular xəstəliklərdə reabilitasiya
Onurğa-beyin xəstəliklərində reabiltasiya
Sinir-əzələ xəstəliklərində reabilitasiya
Posttravmatik pozunutuların reabilitasiyası
Pulmonoloji xəstəliklərdə reabilitasiya
Qastroenteroloji xəstəliklərdə reabilitasiya
Pediatrik xəstəliklərin reabilitasiyası

Tədbirin Elmi komitəsi:
T.e.n. Sevda Nəsrullayeva
T.ü.f.d. Nizami Nəbiyev
T.ü.f.d. Rauf Bəylərov
T.ü.f.d. Paşa Mehdiyev

Tədbirin Təşkilat komitəsi:

Prof. S.Q. Hüseynova
T.ü.f.d. E.E.Mustafayeva
Dr. M.Y. Məmmədova

Təşkilati dəstək:

Health and Science İnitiatives MMC

Konfransda terapevtlər, pediatrlar, nevroloqlar, psixiatrlar, kardioloqlar, reabilitoloqlar, fizioterapevtlər, fizioterapistlər, erqoterapevtlər, psixoloqlar iştirak edə bilər.

Səhiyyə Nazirliyinin Elmi Şurası tərəfindən akkreditasiya olunmuş və 8 DTT kredit balı verilmişdir.

Tədbirə qeydiyyat zamanı məlumatları düzgün qeyd etməyən iştirakçıların qeydiyyatı təsdiqlənməyəcək.

Proqram

09.00-09.10   Açılış nitqi. Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun direktor müavini, t.e.n. Sevda Nəsrullayeva

09.10-09.40 Günümüzün aktual mövzusu – PostCovid Reabilitasiya. Azərbaycan Tibb Universitetinin Fizioterapiya  və Tibbi Reabilitasiya kafedrasının professoru Prof. Sədaqət Huseynova

09.40-10.10  Lazer terapiyasının COVID-19-un kəskin fazasında sonra müalicə və reabilitasiyasında tətbiqi. Rusiya Federal Tibbi və Bioloji Agentliyinin Federal Elmi-Klinik  Mərkəzinin Federal Dövlət Büdcə Təşkilatının Diplomdansonrakı Təhsil Akademiyası, Moskva, Prof. Andrey Koçetkov

10.10-10.40  Covid-19 ilə bağlı sosial izolyasiyanın nəticəsində əhalidə psixi pozuntularının idarə edilməsi. SOS International German Clinic, psixiatr, Dr. Həlimə Qəmərlinskaya

10.40-11.10 Spastiklik müalicəsi ve botulotoksinin tətbiqi. İstanbul Mədəniyət Universiteti Tibb Fakultəsi, Fiziki Təbabət və Reabilitasiya kafedrası,  Prof. Belgin Erhan

11.10-11.40  İnsultun kəskin və kəskin mərhələdən sonrakı bərpasında nəaliyyətlər. Avstriyanın Tuln Universitet Klinikasının baş həkimi, Prof.Siqrid Şvars

11.40-12.10 İnsultdan sonrakı reabilitasiya – yeni yanaşmalar. Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun Kliniki neyrofiziologiya laboratoriyasının elmi işçisi, Dr. Mərziyyə Məmmədova

12.10-12.40 İnsultdan sonrakı koqnitiv pozuntuları reabilitasiyası. Azərbaycan Tibb Universitetinin Fizioterapiya kafedrasının professoru, Prof. Sədaqət Huseynova

12.40-13.30 Fasilə

13.30-14.00 Aorta-koronar şuntlama əməliyyatı sonrası reabilitasiya. Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun  Kardioloji reabilitasiya şöbəsinin rəhbəri, t.ü.f.d. baş elmi işçi Malik Bəylərov

14.00-14.30 Revmatik xəstəliklərin reabilitasiyasında yeni yanaşmalar. Azərbaycan Tibb Universitetinin Fizioterapiya kafedrasının professoru, Prof. Nadir Hüseynov

14.30-15.00 Diabetik polineyropatiyaların reabilitasiyası. Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun elmi katibi, t.ü.f.d. Sevinc Rzayeva

15.00-15.30 Miyelopatiyalarda reabilitasiya. Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun  Kliniki neyrofiziologiya laboratoriyasının böyük elmi işçisi, t.ü.f.d. Elşanə Mustafayeva

15.30-16.00 Posttravmatik pozuntuların reabilitasiyası. Baku Klinika, şöbə müdiri, fizioterapist Uzm. DrSənan Cəfərov

16.00-16.30 Qastroenteroloji xəstəliklərin reabilitasiyası. Azərbaycan Tibb Universitetinin Fizioterapiya kafedrasının müdir əvəzi, Dos. Paşa Mehdiyev

16.30-17.00 Qastroezofageal reflüks olan xəstələrin reabilitasiyası. Azərbaycan Milli İdman Tibbi Reabilitasiya İnstitutu,  Elmi işlər üzrə Direktorun muavini, t.e.d., prof. Mətanət Əfəndiyeva

17.00-17.30 Vertebrogen bel ağrılarında reabilitasiya. Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun Nevrologiya şöbəsinin elmi işçisi, Dr. Pərviz Axundov

17.30- 18.00 Müzakirə. Sual-cavab.

Əlaqə üçün:

Tel.: +994552240772

Qeydiyyat bitib!