Nevrologiya Şənbə Seminarları Epizod III “Bütün tunnel sindromları”
Hörmətli və dəyərli izləyicilərimiz!
Sizi 28 yanvar 2023-cü il tarixində Prof. Rövşən Həsənovun Nevrologiya Klinikası və Health and Science Initiatives nəzdində Azərbaycan Nevroloqlar Klubunun birgə təşkilatçılıqı ilə keçirilən “ Nevrologiya Şənbə Seminarları Epizod III “Bütün tunnel sindromları”” da iştirak etməyə dəvət edirik.
Proqram:
13:30-14:00 Qeydiyyat
14:00-14:30 Tunnel sindromlarının mahiyyəti. Prof. Rövşən Həsənov
14:30-15:30 Yuxarı ətraf tunnel sindromları. Dr. Nərgiz Ağayeva
15:30-16:30 Aşağı ətraf tunnel sindromları. Dr. Ramil Əfəndiyev
16:30-16:45 Çay fasiləsi
16:45-17:15 Tunnel sindromlarının radioloji və ENMQ diaqnostikası. Prof. Sədaqət Hüseynova
17:15-17:45 Tunnel sindromlarının cərrahi müalicəsi. T.ü.f.d. Dr. İsmayıl Qarayev
17:45-18:15 Tunnel sindromlarının medikamentoz, fizioterapevtik və reabilitasiya müalicəsi. Prof. Sədaqət Hüseynova
Məruzəçilər:
Prof. Rövşən Həsənov – nevroloq, tibb elmləri doktoru, ADHTİ-nin nevrologiya və klinik neyrofiziologiya kafedrasının professoru, R. Həsənovun Nevrologiya Klinikasının rəhbəri
Prof. Sədaqət Hüseynova – ETTBİ-nun direktor müavini, ATU-nun Fizioterapiya və Tibbi Reabilitasiya kafedrası
Dr. Nərgiz Ağayeva – Baku Medical Plaza, nevroloq
Dr. Ramil Əfəndiyev – Olimp Hospital, nevroloq
T.ü.f.d. Dr. İsmayıl Qarayev – ATU-nun Tədris Cərrahiyyə Klinikası, neyrocərrah
Tarix: 28 Yanvar, 2023
Saat: 14:00-19:00
Məkan: Hotel
Hədəf auditoriyası: nevroloqlar
Dil: Azərbaycan
Sertifikat: Verilir
Yerlər məhduddur: 70 iştirakçı
Qeydiyyatın son günü: 24.01.2023
QEYDİYYAT TEZLİKLƏ AÇILACAQ !
Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli 419 nömrəli Qərarına əsasən, peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin peyvənd sertifikatı fevralın 15-dən etibarlı hesab edilməyəcək. Xahiş edirik, canlı tədbirdə iştirak zamanı bunu nəzərə alasınız.
Sertifikat verilməsi üçün, lütfən qeydiyyatdan keçərkən ad və soyadınızı, eləcə də emailinizi düzgün qeyd etməyiniz xahiş olunur.
Qeydiyyatdan keçərkən sizə avtomatik mail gələcək, bu iştirakınızı təsdiq etmir. İştirakınızın təsdiq edilməsi yalnız “İştirakınız Təsdiq Edildi” mailindən sonra baş verəcəkdir.
Qeydiyyat bitmişdir!
Ətraflı məlumat üçün aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərsiniz:
E-mail: info@hs-i.org
Whats’app: +99455 224 07 72