NEVROLOGİYA ŞƏNBƏ SEMİNARLARI. FUNKSİONAL NEVROLOJİ POZULMALAR: NEVROLOGİYA YAXUD PSİXİATRİYA ?

12 Oktyabr 2022

Hörmətli və dəyərli izləyicilərimiz!

Sizi 26 noyabr  2022-ci il tarixində Prof. Rövşən Həsənovun Nevrologiya Klinikası və Health and Science Initiatives nəzdində Azərbaycan Nevroloqlar Klubunun birgə təşkilatçılıqı  ilə keçirilən “Nevrologiya Şənbə Seminarları. Funksional nevroloji pozulmalar: nevrologiya yaxud psixiatriya? da iştirak etməyə dəvət edirik.

Birinci Nevrologiya Şənbə Seminarları artıq arxada qaldı. Motor Neyron Xəstəliklərinə həsr edilmiş Seminar istər Bizim özümüzün, istərsə də digər nevroloqların bu xəstəlik qrupu haqda tibbi biliklərinin artmasında müəyyən rol oynadı. Aydın oldu ki, Motor Neyron Xəstəlikləri qrupuna yalnız Amiotrofik Lateral Skleroz deyil, 20-yə yaxın müxtəlif klinik şəkilli xəstəliklər daxildirlər. Həmçinin bəzi bu qrup xəstəliklərin patogenetik, bəzilərinin isə simptomatik müalicəsinin son zamanlar ciddi artmış imkanları müzakirə edildi. Birinci Seminardan sonra Biz həddən çox xoş arzular, təriflər, təşəkkürlər aldıq. Bütün bunlar Bizi sevindirir və Seminarların davam edilməsinə ruhlandırır. Növbəti Seminar 2022-ci il noyabr tarixində keçiriləcəkdir. Mövzu olaraq Funksional Nevroloji Pozulmaları seçmişik. Nevrologiya ilə Psixiatriyanın sərhədində yerləşən bu pozulmalar bütüm nevroloqların gündəlik fəaliyyətində rast gəlinir. Bəzi hallarda diaqnostika və müalicə həddən asan, bəzən isə ağıla gəlməyəcək dərəcədə mürəkkəb olur. Buna görə, Seminarda Funksional Nevroloji Sindromların xüsusiyyətlərini, differensiasiyasını və müalicə üsullarını müzakirə etməklə bərabər, Bizə ciddi kömək edə bilən Psixiatr və Psixoloq fikirlərini də dinləmək qərarına gəldik. Seminarda Psixiatr və Klinik Psixoloq həkimlər bu qrup xəstəliklərə müvafiq ixtisas mövqeyindən fikirlərini səsləndirəcək və müalicə zamanı qarşımıza çıxa biləsi problemlərin həlli haqda verdiyimiz suallara cavab verəcəklər.

Sizi “Nevrologiya Şənbə Seminarları.Funksional nevroloji pozulmalar: nevrologiya yaxud psixiatriya?”da gözləyirik!

Dərin hörmət hissi ilə, Prof.  Rövşən Həsənov

Proqram:

13:30-14:00 Qeydiyyat
14:30-15:30 Funksional nevroloji hərəki sindromlar Dr. Nurlana Ağayeva
15:30-16:15 Funksional nevroloji paroksizmal sindromlar Dr. Ayna Əskərova
16:15-16:35 Çay fasiləsi
16:35-17:20 Funksional nevroloji digər xarakterli sindromlar Dr. İlahə Əzizova
17:20-17:50 Funksional nevroloji pozulmaların ümumi müalicə prinsipləri Prof. Rövşən Həsənov
17:50-18:20 Funksional nevroloji pozulmalara Psixiatrın baxışı Psixiatr Araz Manucehri
18:20-18:50 Funksional nevroloji pozulmalara Psixoloqun baxışı Psixoloq Nərmin Osmanlı

Məruzəçilər:

Prof. Rövşən Həsənov – nevroloq, tibb elmləri doktoru, ADHTİ-nin nevrologiya və klinik neyrofiziologiya kafedrasının professoru,  R. Həsənovun Nevrologiya Klinikasının rəhbəri
Dr. Nurlana Ağayeva – nevroloq,  R. Həsənovun Nevrologiya Klinikasının  əməkdaşı
Dr. Ayna Əskərova – nevroloq, neyrofizioloq,  R. Həsənovun Nevrologiya Klinikasının əməkdaşı
Dr. İlahə Əzizova – nevroloq,  R. Həsənovun Nevrologiya Klinikasının  əməkdaşı
Psixiatr Araz Manucehri – Azərbaycan Tibb Universiteti, Psixiatriya Kafedrası
Psixoloq Nərmin Osmanlı – Nefes Psixonevroloji Sağlamlıq Mərkəzi 

Tarix: 26 Noyabr, 2022
Saat: 14:00-19:00
Məkan: Point Hotel
Hədəf auditoriyası: nevroloqlar
Ödəniş: 60 AZN (Qeydiyyat)
Dil: Azərbaycan
Sertifikat: Verilir
Yerlər məhduddur: 70 iştirakçı
Qeydiyyatın son günü: 19.11.2022

HSİ Professional Klubun üzvləri üçün endirimli qiymət – 50 AZN! (Qeydiyyat)

Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli 419 nömrəli Qərarına əsasən, peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin peyvənd sertifikatı fevralın 15-dən etibarlı hesab edilməyəcək. Xahiş edirik, canlı tədbirdə iştirak zamanı bunu nəzərə alasınız.

Sertifikat verilməsi üçün, lütfən qeydiyyatdan keçərkən ad və soyadınızı, eləcə də emailinizi düzgün qeyd etməyiniz xahiş olunur.

Qeydiyyatdan keçərkən sizə avtomatik mail gələcək, bu iştirakınızı təsdiq etmir. İştirakınızın təsdiq edilməsi yalnız “İştirakınız Təsdiq Edildi” mailindən sonra baş verəcəkdir.

Qeydiyyat bitmişdir!

Ətraflı məlumat üçün aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərsiniz:
E-mail:        info@hs-i.org
Whats’app:   +99455 224 07 72