“Elmi işlərin qiymətləndirmə metodologiyası. Elmi jurnallarda dərc olunmadan əvvəl akademik plagiatın qarşısının alınması. Praktiki tövsiyələr”

21 Dekabr 2021

Hörmətli və dəyərli izləyicilərimiz!

Sizi Health and Science İnitiatives nəzdində yaranmış Elmi Araşdırmalara Dəstək MərkəzimizPlagiat.pl MMC-nin Azərbaycandakı filialının birgə təşkilatçılığı ilə keçiriləcək  “Elmi işlərin qiymətləndirmə metodologiyası. Elmi jurnallarda dərc olunmadan əvvəl akademik plagiatın qarşısının alınması. Praktiki tövsiyələr” mövzusunda vebinarda iştirak etməyə dəvət edirik.

 

Məruzəçilər:

  1. Plagiat.pl  MMC-nin İcraçı direktoru, plagiat və müəllif hüquqları üzrə Polşa və beynəlxalq eksperti Əli Təhməzov
  2. Plagiat.pl  MMC-nin Azərbaycandakı filialının biznesin inkişafı üzrə direktoru Aygül Səmədova

Proqram

  • Plagiatın növləri və aşkarlanması, sənədi antiplagiat yoxlanışına yükləyən zaman nələrə diqqət yetirmək lazımdır
  • Strikeplagiarism.com antiplagiat sistemində yoxlanış prosesinə ümumi baxış
  • Müəllimlər/rəyçilər üçün elmi işlərin qiymətləndirilməsi metodologiyası. Oxşarlıq hesabatının təfsiri, elmi işlərin plagiatın mövcudluğuna dair obyektiv şəkildə qiymətləndirilməsi
  • Strikeplagiarism.com antiplagiat sistemində fərdi yoxlamaların aparılması

 

Tədbir ONLAYN  şəkildə keçiriləcəkdir.

      • Tarix/Saat: 24.01.2022,  saat  14:00
      • Yer: ZOOM
      • Məruzəçilər : Əli Təhməzov, Aygül Səmədova
      • Ödəniş: ödənişsizdir
      • Aparılan dil: Əsas dil Azərbaycan dili
      • Qeydiyyatın son günü: 22.01.2022   

 

Ətraflı məlumat üçün aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərsiniz:
Website : www.hs-i.org
E-mail:     info@hs-i.org
Whats’app:   +99455 224 07 72