Baş ağrıları. Differensial diaqnostika və müalicə prinsipləri/Canlı

03 Fevral 2022

Hörmətli həmkarlar!

Sizləri Health and Science İnitiatives şirkətinin rəhbərliyi ilə keçirilən “Baş ağrıları. Differensial diaqnostika və müalicə prinsipləri” seminarına dəvət edirik! Seminar  ən müasir və samballı mənbələrdən istifadə edilmiş tibbi protokollar üzərində qurulmuşdur və hibrid formatda keçiriləcəkdir. Odur ki, yazılmağa tələsin, yerlər məhduddur!

Proqram:

15.00-15.30   Çay fasiləsi
15.30-16.30 Baş ağrılarının təsnifatı, diaqnostikası, birincili və ikincili baş ağrıların differensial diaqnostikası. Baş ağrı gündəliyi, baş ağrısı ilə bağlı diaqnostika və müalicədə ziddiyyətli məqamlar. Dr. Sahil Mirzəyev, Mediklab klinikasının təcili yardım bölməsinin həkimi, BP Şahdəniz lahiyəsində sənaye təbabəti həkimi
16.30-17.10 Gərginlik baş ağrılarının müalicəsinə müasir yanaşmalar. Professor, t.e.d. Çutko Lenoid Semyoniviç, REA-nın Davranış Nevrologiyası Mərkəzinin direktoru və İnsan Beyni İnstitutunun psixoloji inkişaf və adaptasiya laboratoriyasının müdüri
17.10-18.30 Birincili baş ağrıların müalicəsi: kəskin tutmaların müalicəsi, profilaktika və preventiv müalicə, pəhriz, alternativ üsullar. Müalicədə ziddiyyətli məqamlar,  yeniliklər, müalicə sxemləri, gələcək gözləntilər. Dr. Sahil Mirzəyev, Mediklab klinikasının təcili yardım bölməsinin həkimi, BP Şahdəniz lahiyəsində sənaye təbabəti həkimi
18.30-19.00 Çay fasiləsi

ONLİNE TƏDBİR ÜÇÜN QEYDİYYAT BURADA:  

Baş ağrıları. Differensial diaqnostika və müalicə prinsipləri/Online

CANLI TƏDBİR ÜÇÜN QEYDİYYAT BURADA:

Tarix: 15 Fevral 2022
Saat: 15.00-18.30
Məkan:Hyatt Regency Baku oteli,Quba zalı /Ünvan: Bakı şəh,İzmir küç.6, giriş köprü tərəfindən,2 mərtəbə/
Hədəf auditoriyası: nevroloqlar
Ödəniş: ödənişsizdir
Sertifikat: verilir
Aparılan dil: Azərbaycan dili, Rus dili
Yerlər məhduddur: 70 nəfər
Qeydiyyatın son günü: 13 fevral 2022

Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli 419 nömrəli Qərarına əsasən, peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin peyvənd sertifikatı fevralın 15-dən etibarlı hesab edilməyəcək. Xahiş edirik, canlı tədbirdə iştirak zamanı bunu nəzərə alasınız.

Treninqdə iştirak etmə şərtləri:
Sertifikat verilməsi üçün, lütfən qeydiyyatdan keçərkən ad və soyadınızı, eləcə də emailinizi düzgün qeyd etməyiniz xahiş olunur.
Qeydiyyatdan keçərkən sizə avtomatik mail gələcək, bu iştirakınızı təsdiq etmir. İştirakınızın təsdiq edilməsi yalnız “İştirakınız Təsdiq Edildi”  mailindən sonra baş verəcəkdir.

Texniki dəstək: Olain Farm

Ətraflı məlumat üçün aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərsiniz:
E-mail:        info@hs-i.org
Whats’app:   +99455 224 07 72

Qeydiyyat bitmişdir!