Məxfilik Siyasəti
“Health and Science İnitiatives” MMC (bundan sonra “HSI”) İstifadəçinin şəxsi məlumatların məxfiliyinin qorunub saxlanmasının əhəmiyyətliyini bəyan və qəbul edir. Bunun məqsədilə hazırki Məxfilik Siyasətində (bundan sonra “Məxfilik Siyasəti”) məxfi məlumatların necə toplanması, istifadə edilməsi, ücüncü şəxslərə ötürülməsi və digər məsələləri qeyd edilir.
Bu Məxfilik Siyasəti https://old.hs-i.org/sertler-ve-qaydalari-qebul-et/ ünvanında yerləşdirilmiş Şərtlər və Qaydalarının ayrılmaz tərkib hissəsidir.
Bu Sənəddə “İstifadəçi” dedikdə, veb saytda həm üzv (müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər) qismində, həm də üzv olmadan (qeydiyyatdan keçmədən) ziyarətçi kimi daxil olan şəxslər nəzərdə tutulurlar.
İstifadəçi HSI-nin təklif etdiyi bütün xidmətlərdən, o cümlədən https://old.hs-i.org və https://hs-i.az veb-saytından (bundan sonra “veb sayt”) istifadə edərək, bu Məxfilik Siyasətin şərtləri ilə qeyd-şərtsiz razılaşır və qəbul edir. İstifadəçi HSI-nin veb saytına öz fərdi məlumatları daxil etməklə həmin məlumatların HSI tərəfindən toplanmasına və işlənməsinə icazə vermiş olur.
Bu Şərtlərlə razı olmadığı təqdirdə, İstifadəçi HSI tərəfindən təklif olunan xidmətlərdən istifadə etməkdən imtina etməlidir.
HSI-nin əlaqə məlumatları
“Health and Science İnitiatives” MMC
VÖEN: 1505133411
Ünvan: Azərbaycan Respublikası, AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8, mənzil 157.
Tel.: +994 55 224 07 72 | e-mail: info@hs-i.org | www.hs-i.org; www.hs-i.az
Məxfilik Siyasəti və şəxsi məlumatların qorunub saxlanması ilə bağlı istənilən suallarınızı, şərhlərinizi və şikayətlərinizi yuxarıda göstərilən ünvana göndərə bilərsiniz. Zəhmət olmasa, bu Məxfilik Siyasətindəki yeniliklər və ya dəyişikliklər barədə məlumatlı olmaq üçün mütəmadi olaraq yoxlayın.
- Ümumi müddəalar
- HSI hər bir İstifadəçilərindən alınan şəxsi məlumatların məxfiliyinin qorunub saxlanması siyasətinə riayət edir və həmin məlumatların mühafizəsini yüksək səviyyədə təmin edir. Bu sənəd, HSI-nin Məxfilik Siyasəti (bundan sonra “Məxfilik Siyasəti”) olmaqla, HSI-nin veb saytı vasitəsilə əldə edə biləcəyini və HSI-nin İstifadəçilərdən alınan şəxsi məlumatlardan nə cür istifadə edə biləcəyini müəyyən edir.
- Şəxsi məlumat dedikdə aşağıdakılar nəzərdə tutulur:
- birbaşa və ya dolayı şəkildə müəyyən olan və ya müəyyənləşdirilən fiziki şəxsə (vətəndaşa) aid hər hansı informasiyadır (ad, soyad, ata adı, doğulma tarixi və yeri, ünvan, ailə vəziyyəti, elmi dərəcəsi, sosial və əmlak vəziyyəti haqqında məlumatlar, təhsil, peşə, iş yeri, vəzifə və bu kimi digər informasiya). Digər zəruri məlumatlar HSI tərəfindən sorğu əsasında İstifadəçidən istənilə bilər;
- İstifadəçinin cihazında (kompüter, telefon və digər) quraşdırılmış proqram təminatı vasitəsilə avtomatik ötürülən məlumatlar, o cümlədən İstifadəçi tərəfindən istifadə olunan IP ünvanı, Cookie fayllarının məlumatları, avadanlığın və proqram təminatının texniki göstəriciləri və veb-saytına daxil olma tarixi və vaxtı.
- Cookies (məlumatların avtomatik toplanması alətləri) – Cookies kompüteriniz, planşetiniz və ya mobil telefonunuzda saxlanılan kiçik mətn fayllarıdır. Bu fayllarda sizin IP adresiniz, istifadə olunan brauzer proqramının növü, saytdan istifadənin tarixi və müddəti, saytın istifadə etdiyiniz bölmələri və sairə haqqında məlumatlar saxlanılır. HSI bir çox veb saytlarda olduğu kimi, veb sayt istifadəçiləri üçün xidmət səviyyəsinin artırılması məqsədilə Cookie-lərdən və digər texnologiyalardan faydalanır. HSI-nin bəzi tərəfdaşları HSI-nin veb saytında Cookies-dən istifadə edirlər.
- İstifadəçi internet vasitəsilə öz şəxsi məlumatları təqdim edərkən, HSI, İstifadəçi təqdim etdiyi məlumatları qorumaq məqsədilə, İnternetdə şifrələmə üçün sənaye standartlarından – “Secure Socket Layer” (SSL) texnologiyasından istifadə edir. Bu İnternet şifrələmə standartı İstifadəçinin cihazından HSI-nin veb saytın serverinə gələn məlumatları şifrələyir. HSI-nin veb saytın ünvanın prefiksi olan “http”-in “https”-ə dəyişdiyi və qıfıl işarəsi olduğu zaman veb-saytı təhlükəsiz dairəsindədir. “S” hərfi “təhlükəsizliyi” təmsil edir.
- HSI-nin veb saytından istifadə edərək, İstifadəçi HSI-nin məlumatları müəyyən edildiyi kimi İstifadəçinin qurğusunda saxlaması və daxil olmasına razılıq verir.
- İstifadəçi “Cookie”-lərdən istifadə olunmasını qəbul etmirsə veb saytı tərk etməli və ya “Cooike” seçimlərini hazırki Məxfilik Siyasətində göstərilən qaydada dəyişdirməlidir. “Cookie”-lərə icazə verilmədiyi halda, o cümlədən reklamı məhdudlaşdıran müxtəlif tətbiq və veb brauzerlər üçün genişlənmlərdən istifadəsi veb saytdakı bəzi funksiyaların öz funksiyonallığını itirə biləcəyini nəzərə almağınızı xahiş edirik.
- Marağa Əsaslanan Reklam (Target Ads) – HSI İstifadəçinin fərdi maraqlarına uyğun material və xidmətlər barədə reklam təqdim etmək məqsədilə onun HSI-nin veb saytında həyata keçirdiyi onlayn fəaliyyəti barədə məlumat toplaya bilər.
- İstifadəçinin hansı növ şəxsi məlumatları və necə toplanılır?
- İstifadəçi veb saytdan istifadə edərək daxil etdiyi məlumatlar HSI tərəfindən toplanılır. Bu yolla əldə edilmiş şəxsi məlumatlar İstifadəçinin azad iradəsi ilə təqdim olunmuş məlumatlardır.
- HSI onun xidmətlərindən və veb-saytından istifadə çərçivəsində aşağıdakı məlumatları toplaya bilər:
- Qeydiyyat zamanı (hesab yaradılması) adınız, soyadınız, ata adınız, doğulma tarixi və yeri, ünvanınız, təhsiliniz (o cümlədən diplom, elmi dərəcə, elmi iş barədə məlumatlar, tələbə və ya rezident olmasını təsdiq edən sənəd və bu kimi digər məlumatlar), ailə vəziyyətiniz, ödəniş kartları barədə məlumatlarınız, təhlükəsizlik suallarımıza cavablar, e-poçt ünvanınız və telefon nömrəniz kimi təqdim etdiyiniz şəxsi məlumatlar;
- Hesab üçün qeydiyyatdan keçdiyiniz təqdirdə, istifadəçi kimliyiniz və şifrəniz, habelə seçimləriniz və hər hansı müvafiq reklam kodu kimi əlaqəli hesab məlumatlarınız;
- Geolokasiya məlumatları;
- elektron məlumatlar (http və ya https başlıqları, IP ünvanı, cookilər, veb mayaklar/piksel etiketləri, brauzer identifikator informasiyası, avadanlıq və proqram məlumatları);
- Log fayllar IP ünvanlar və “Cookie”-lər – İstifadəçinin veb sayta daxil olandan sonra avtomatik yaranan veb server fayllarıdır (domenin adı və ya IP ünvanı, səhifənin linki ünvanı (URL), http, https, cavab kodu, saytımıza daxil olduğunuz veb sayt və ya daxil olduğunuz tarix və saytımızda keçirdiyiniz vaxt kimi məlumatları özündə cəmləşdirir);
- Veb sayta giriş və / və ya Xidmətlərdən istifadə edərkən fəaliyyətiniz haqqında məlumat (məsələn, brauzer məlumatı, provayder, ölkə, region, İstifadəçi sessiya müddəti, veb saytda edilən əməliyyat növü (klik, kursorun hərəkəti və s.), axtarış tarixçəsi, yazışmalar apardığınız e-poçt ünvanları, e-poçt məzmunu və əlavələri, veb sayta giriş nöqtəsi (kənar veb saytlardan linkə klik edərək hs-i.org saytına daxil olduqda), veb saytdan çıxış nöqtəsi (hs-i.org saytında klikləyərək başqa veb sayta keçid etdikdə) habelə veb saytın sistemində saxlanan fayllar);
- Xidmətlərinin istifadəsini tənzimləyən şərtlərə uyğun olaraq emal üçün lazım olan digər məlumatlar.
- HSI tərəfindən təqdim olunan xidmətlərinin təşkil edilməsi, yeni xidmətlərin əlavə edilməsi və mövcud xidmətlərinin təkmilləşdirilməsi məqsədilə İstifadəçinin müvafiq dövlət orqanlarının elektron informasiya daşıyıcılarında yerləşdirilmiş və ötürülməsi qanunvericiliklə qadağan olmayan şəxsi məlumatlarını da toplanıla bilər.
- HSI həmçinin Tərəfdaşlarından (bundan sonra “Tərəfdaşlar”), İsitfadəçinin istifadə etdiyi veb-saytlardan, proqramlardan, məhsullardan və ya xidmətlərdən (məsələn, Maliyyə Tərəfdaşı) İstifadəçinin şəxsi məlumatlarını ala bilər.
- Məxfilik Siyasətində təsbit edilən və ya məlumatların toplanılması zamanı sizə açıqlanan qaydalardan başqa, HSI İstifadəçi barədə topladığı şəxsi məlumatları satmır və ya digər şəkildə açıqlamırıq. HSI heç bir yazışma vasitəsilə (məktublar, telefon zəngləri və ya elektron mesajlar və s. kimi yazışmalar da daxil olmaqla) İstifadəçinin parolunu tələb etməyəcək. İstifadəçi adının və parolunun təhlükədə olduğunu düşünürsə, veb saytda “Bizimlə Əlaqə” bölməsində göstərilən təlimatlara uyğun olaraq, HSI ilə işlək e-poçt vasitəsi ilə əlaqə saxlamalıdır. Bu zaman HSI İstifadəçini identifikasiya etmək məqsədi ilə ondan şəxsiyyətini təsdiq edən sənədləri tələb edə bilər.
- Şəxsi Məlumatlarının qorunması, emal edilməsi və istifadə məqsədləri
- İstifadəçinin Şəxsi məlumatlarının saxlanması və emal edilməsi Azərbaycan Respublikasının ərazisində yerləşən məlumat mərkəzində həyata keçirilir.
- İstifadəçi tərəfindən verilən məlumatlar HSI tərəfndən aşağıda göstərilənlər daxil olmaqla, lakin bunlarla məhdudlaşmayan bir sıra məqsədlərə nail olmaq üçün emal və istifadə edilir:
- İstifadəçinin və HSI-nin hüquqlarının qorunması (o cümlədən İstifadəçiləri fırıldaqçılardan qorunması);
- Veb-saytında İstifadəçinin hesabının yaradılması və idarə olunması, o cümlədən HSI-nin xidmətlərinin təqdim edilməsi və İstifadəçinin suallarının cavablandırılması;
- İstifadəçi veb saytda qeydiyyatdan keçdiyi təqdirdə e-poçt qutusu və faylların saxlanması daxil, onun hesabına girişi təmin etmək üçün;
- Akkreditasiya olunmuş Davamlı Tibbi Təhsil tədbirləri zamanı kredit ballarının Səhiyyə Nazirliyinin e-portalında həkimin Şəxsi kabinetinə yüklənməsi üçün;
- Log fayllar telekommunikasiya avadanlığında nasazlığı və telekommunikasiya xidmətlərindən qanunsuz istifadəni müəyyən etməyə kömək edir;
- HSI-nin işi ilə bağlı bildirişlər, sorğular və məlumatların göndərilməsi, İstifadəçi ilə müqavilələrin yerinə yetirilməsi, istək və sorğularını işləyib hazırlamaq və ünsiyyət qurmaq üçün;
- İstifadəçilərinin davranışlarının araşdırılması;
- Bazar araşdırılması və digər tədqiqatların aparılması və işlənməsi, xidmət keyfiyyətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi, yeni İstifadəçilərin cəlb edilməsi. Bununla əlaqədər tədqiqat, qiymətləndirmə və şəxsi məlumatların adsızlaşdırılmaq şərtilə digər təhlillərin aparılması;
- Hər hansı bir qanuni öhdəliklərə riayət edilməsi üçün (məsələn, vergi, inzibati öhdəliklər);
- HSI tərəfindən yeni məhsul, tədbir, xidmət, təklif və yeniliklərin yaradılması və onlar barədə məlumatların təqdim edilməsi üçün;
- HSI tərəfindən əldə edilən axtarış tarixi və İstifadəçinin digər şəxsi məlumatlarını nəzərə alaraq ən uyğun və şəxsiləşdirilmiş nəticələrin göstərilməsi, o cümlədən reklam və təkliflərin təqdim edilməsi üçün;
- Tətbiq edilən qanunvericiliyin tələblərinə, sahə standartlarına və HSI-nin siyasətinə riayət olunması.
- HSI İstifadəçinin şəxsi məlumatlarını, İstifadəçiyə göstərilən servislərin keyfiyyətinin, yaxşılaşdırılması, o cümlədən Maliyyə Tərəfdaşı vasitəsilə aparılan ödənişlərin daha keyfiyyətli və çevik şəkildə icra olunması məqsədilə, istifadə edə bilər.
- HSI həmçinin məlumatı digər məqsədlər üçün də istifadə edə bilər və həmin məqsədlər məlumat toplanarkən İstifadəçiyə xüsusi olaraq bu Siyasətə əlavə ediləcək.
- Bizə göndərdiyiniz e-poçtlar, məlumatı ötürməzdən əvvəl təhlükəsizlik tədbirlərinin görüləcəyi digər şərtlər olmadığı təqdirdə etibarlı ola bilməz. Bu səbəbdən kredit kartı nömrələri və ya hesab nömrələri kimi məxfi məlumatları bizə e-poçt vasitəsilə göndərməməyinizi xahiş edirik.
- HSI-da saxlanılan şəxsi məlumatların qorunması üçün təsadüfi və ya qanunsuz məhv edilməsi, təsadüfi itirilməsi, icazəsiz dəyişdirilməsi, icazəsiz açıqlanması və ya girişi, sui-istifadəsi və hər hansı digər qanunsuz formada işlənməsinə qarşı müvafiq inzibati, texniki və fiziki təhlükəsizlik tədbirləri mövcuddur. Tədbirlərin növləri məlumatın növündən və toplandığı və saxlandığı üsullardan asılıdır.
- Digər veb saytlara (üçüncü tərəf) keçid
- Bu veb sayt vasitəsilə digər veb saytlara, internet portal və platformalara keçidlər yerləşdirilə bilər. HSI digər veb saytların məzmununa və ya məxfilik siyasətinə görə məsuliyyət daşımır. Başqa veb saytlar fərqli formada öz məlumat toplama və məxflik siyasətinə sahibdirlər. Buna görə də, bu veb sayt vasitəsilə keçid etdiyiniz digər veb saytların məxfilik siyasətini nəzərdən keçirməyiniz tövsiyə olunur.
- Şəxsi məlumatların üçüncü tərəflərə açıqlanması və izləmə məlumatı
- Şəxsi məlumatların təhlilini həyata keçirmək üçün HSI həmin məlumatları adsızlaşdıra bilər. HSI, ümumiləşdirilmiş və ya adsızlaşdırılmış məlumatları qanunvericiliklə nəzərdə tutulan hallarla yanaşı, aşağıda qeyd edilən üçüncü tərəflərlə bölüşə bilər:
– dövlət orqanları, öz işçiləri, texniki dəstək göstərən İT şirkətləri, HSI-nin törəmə şirkətləri, texniki məsləhətçilər, mütəxəssislər, hüquqşünaslara (o cümlədən vəkillərə), həkimlər, ekspertlər, əməliyyatları yerinə yetirmək üçün xidmət göstərən şirkətlərə (İT, poçt və digər servisləri) və s.;
- HSI veb-saytda istifadəçilərini real zamanda izləmir və ya digər tərəflərin HSI-nin veb saytında bunu etməyə icazə vermir.
- Baş vermiş inzibati xətaları, cinayət əməllərini törətmiş şəxsləri ifşa etmək, belə hüquqazidd əməllərin nəticələrini aradan qaldıra bilmək məqsədilə, habelə gələcəkdə baş verə biləcək inzibati xətaların, cinayət əməllərinin qarşısını almaq, cəmiyyəti belə qəsdlərdən qorumaq məqsədilə veb sayta daxil edilmiş məlumatlar hüquq-mühafizə və məhkəmə orqanlarının təxirəsalınmaz tədbirləri zamanı və ya rəsmi sorğuları nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əməl edilməklə, İstifadəçinin razılığı alınmadan, belə orqanlara təqdim edilə bilər.
- Şəxsi məlumatların yenilənməsi
- İstifadəçilər HSI-nin veb saytında şəxsi məlumatlarını istənilən vaxt yeniləyə və ya düzəldə bilərlər. Məlumatları əldə etmək, silmək və ya düzəltmək məqsədilə İstifadəçi veb sayt və ya bu “HSI-nin əlaqə məlumatları” bölməsində göstərilən e-poçt və ya telefon vasitəsilə HSI ilə əlaqə saxlaya bilər. Veb saytda hər hansı məlumatların yenilənməsi yalnız e-poçt vasitəsilə (e-poçtunun sahibinin verifikasiya olunmaqla) göndərilən sorğu əsasında dəyişdirilə bilər.
- İstifadəçi tələb edilən məlumatların hamısını düzgün və tam olaraq qeyd etməlidir, o cümlədən verdiyi məlumatların doğru və tam olmasına görə özü məsuliyyət daşımalıdır. Yanlış və/və ya natamam məlumatların daxil edilməsinə görə HSI heç bir məsuliyyət daşımır. İstifadəçi yanlış və/və ya natamam məlumat daxil etdiyi ucbatından HSI üçün yaranacaq hər cür zərərə görə məsuliyyət daşıyır.
- Məlumatların təqdim edilməsindən imtina və Məlumatların silinməsi
- İstifadəçi istənilən halda öz şəxsi məlumatları veb saytda qeyd etməmək hüququnu özündə saxlayır. Bu halda HSI onun tərəfindən təqdim olunan xidmətlərdən yararlanmasını (o cümlədən veb sayt vasitəsi ilə müəyyən hərəkətləri edə bilməsi) tam təmin edə bilmir.
- “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən İstifadəçi onun barəsində olan məlumatların toplanılmasına və işlənilməsinə etiraz etmək hüququna malikdir. İstifadəçinin etirazı HSI-yə yazılı surətdə və ya onlayn qaydada təqdim olunmalıdır. Bu cür sorğu əsasında HSI İstifadəçi haqqında toplanılmış şəxsi məlumatları silir və ondan sonra HSI-nin xidmətlərindən istifadəyə zəmanəti istisna edir.
- Şəxsi məlumatlarınızı təqdim etməkdən imtina etmək və silinməsi məqsədilə müraciət etmək üçün bu barədə info@hs-i.org ünvanına elektron məktub göndərməlisiniz.
8. Məxfilik Siyasətində dəyişikliklər
- Hazırkı Məxfilik Siyasəti sənədə şəxsi məlumatlarla bağlı fəaliyyətimizə dəyişikliklərin əlavə edilməsi məqsədilə vaxtaşırı qaydada və əvvəlcədən xəbərdarlıq edilmədən yenilənə bilər. Məxfilik Siyasətinə edilən dəyişikliklər barədə məlumat veb saytında müvafiq bildiriş (məsələn, pop-up pəncərə və ya banner vasitəsilə) formada yerləşdirilir. Bildirişin yuxarı hissəsində onun ən son yeniləndiyi tarix qeyd olunur.
- Bunlarla yanaşı dəyişikliklər barədə məlumat e-poçt və ya digər müvafiq vasitəsitələrin köməkliyi ilə İstifadəçiyə göndərilə bilər. Məxfilik Siyasətinin cari versiyası ilə qeyd olunmuş linkdən tanış ola bilərsiniz: https://old.hs-i.org/mexfilik-siyaseti/. Bu cür dəyişikliklər edildikdən sonra İstifadəçi veb saytdan istifadə etməklə, bu dəyişiklikləri qəbul etmiş olur.
Son redaksiya: “11” may 2022-ci il