KLİNİKİ LABORATOR DİAQNOSTİKADA MÜASİR TEXNOLOGİYALAR VƏ YANAŞMALAR
Hörmətli və dəyərli izləyicilərimiz!
14 May 2022-ci il tarixdə Holiday İnn oteldə keçirilən MedAZ/Mindray təşkilatçılıqı ilə, Health and Science İnitiatives şirkətinin təşkilati dəstəyi ilə keçirilən “Klinki laborator diaqnostikada müasir texnologiyalar və yanaşmalar” elmi-praktiki seminarı uğurla başa çatdı. Təlimdə 40-dan çox laborator həkim iştirak etdi. Tədbirə xarici, Salli Li, Sergey Su, Şin Vu və yerli məruzəçilər, Dr. Sevinc Mərdanova, Dr. Könül Kərimova, Dr. Həyat Əliyeva öz töhvələrini verdilər. Tədbirdə başda Şövqü Cəfərov olmaqla əməyi keçən MedAZ şirkətinə və əməyi keçən hər kəsə təşəkkürlərimizi bildiririk. Tədbirdən görüntüləri sizlərə təqdim edirik.