İNSULTUN REABİLİTASİYASI. MODUL 1
Hörmətli və dəyərli izləyicilərimiz!
7-8 iyul 2022-ci il tarixlərində “İnsultun Reabilitasiyası Modul-1” adlı elmi-praktik konfrans keçirilib. Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu (ETTBİ) və Azərbaycan Tibb Universitetinin (ATU) birgə təşkilatçılığı, Azərbaycan Fizioterapiya və Reabilitasiya Assosiasiyası və Milli Nevroloqlar Assosiasiyasının dəstəyi ilə baş tutub. İki gün davam edən konfransın təşkilinin məqsədi tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, bu sahədə onları müasir yeniliklərlə tanış etmək olub.
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru, t.ü.f.d., Dr. Pərvin Əkbərov konfrans iştirakçılarına İnstitutun tarixi barədə qısa məlumat verib, “COVID-19-dan sonra insult riski və bunun üçün qabaqlayıcı reabilitasiya tədbirləri” mövzusunda çıxış edib.
ETTBİ-nin Elmi işlər üzrə direktor müavini, professor Sədaqət Hüseynova da İnstitutun elmi istiqamətləri haqqında məlumat verdikdən sonra “İnsultdan sonra reabilitasiyaya yeni yanaşmalar” mövzusunda çıxış edib.
Konfransda Eskişehir Osmangazi Universitetinin professoru Dr. Serhat Özkan, Varşava Psixiatriya və Nevrologiya İnstitutunun nümayəndəsi Dr. İvona Sarzinska-Dlugosz, Avropa İnsult Təşkilatının (ESO) Reabilitasiya Departamentinin sədri Aksel Kohlmetz də məruzəçi kimi iştirak ediblər. Bununla yanaşı yerli məruzəçilər, Dr. t.ü.f.d. Sevinc İmamverdiyeva, Dr. t.ü.f.d. Elşanə Mustafayeva, Dr. Mərziyyə Məmmədova, Dr. Maral Dadaşova, Uzm. Fzt. Əziz Dəvrişov, Dr. Əfsanə Səfərli, Uzm. Fzt. Nəzir Rzalı, Uzm. Fzt. Rüfət Cabbarlı, Dr. Fəridə Həsənova və Esmira Qafarova öz çıxışlarlı ilə konfransa tövhələrini verdilər.
Konfransda TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva, Həkimlərin Təkmilləşdirmə İnstitutunun Nevrologiya və klinik neyrofiziologiya kafedrasının müdiri Rəna Şirəliyeva, Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının müdiri Aytən Məmmədbəyli, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin professoru Fuad Həsənov iştirak ediblər.
Sonda konfrans iştirakçıları sertifikatlarla və Davamlı Tibbi Təhsil (DTT) kredit balı qazanıblar. Konfransdan görüntüləri sizlərə təqdim edirik.