HƏRƏKƏT POZUNTULARI. MODUL 1

07 April 2022

Hörmətli və dəyərli izləyicilərimiz!

Azərbaycan Uşaq Nevroloqları Assosiasiyası, Milli Nevroloqlar Assosiasiyasının və Health and Science İnitiatives -in Azərbaycan Nevroloqlar Klubunun birgə təşkilatçılıqı ilə 01-02 aprel 2022-ci il tarixində, Park İnn by Radisson Hoteldə təşkil olunmuş, “Hərəkət pozuntuları. Modul 1” beynəlxalq elmi-praktik seminarı uğurla başa çatdı. Tədbirin açılışını Azərbaycan Uşaq Nevroloqları Assosiasiyası, Azərbaycan Tibb Universiteti Nevrologiya kafedrasının müdiri Prof. Dr. Aytən Məmmədbəyli, Türkiyədən Mersin Üniversitesi Tıp Fakültesi, Nöroloji Anabilim dalı professoru Prof. Dr. Okan Doğu, Eskişehir Osmangazi Üniversitesi Tıp Fakültesi, Nöroloji Anabilim dalı professoru Prof. Dr. Serhat Özkan, Azərbaycan Tibb Universiteti Nevrologiya kafedrasının əməkdaşları t.e.n., Dos. Fərid Məmmədbəyov, t.e.n., Dos. Mahirə Məmmədova, Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, Kliniki-neyrofizioloji laboratoriyasının elmi işçisi Dr. Mərziyyə Məmmədova öz töhvələrini verdilər, eləcə də Bakı şəhərində müxtəlif klinikalarda çalışan həkimlər Dr. Pərvin Allahyarova, Dr. Kübra Hümmətova, Dr. Röyanə Quluzadə öz təcrübələrindən maraqlı kliniki halları iştirakçılarla paylaşdılar. Qeyd etmək istəyirik ki, tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar”ı əsasında Davamlı Tibbi Təhsil üzrə akkreditasiya olunmuş və 12 kredit balı verilmişdir. Seminar hibrid formatda keçirldi, tədbirdə canlı və online formatda 100-dək həkim iştirak etmişdir. Tədbir zamanı canlı pasiyentlərin nümayişi aparıldı bu da tədbir iştirakçılarının əyani şəkildə hər bir kliniki halın açıq müzakirəsində interaktiv iştirak etməsinə şərait yaratdı. İştirakçılar belə tədbirlərin mütamadi keçirilməsini təşkilatçılara bildirdilər. Tədbirin təşkilində xüsusilə Azərbaycan Uşaq Nevroloqları Assosiasiyasına, Türkiyəli beynəlxalq ekspertlərə və əməyi keçən hər kəsə təşəkkürlərimizi bildiririk.

Fotoqraf Rəşad Orucoğlu.