Vertiqo və başgicəllənmələr. Diaqnostika və idarəetməyə müasir yanaşma. Ziddiyyətlər və yeniliklər
Hörmətli kolleqalar! Sizləri Health and Science İnitiatives şirkətinin rəhbərliyi ilə keçirilən nevrologiyanın aktual mövzularında tsikl treninqlərə dəvət edirik! Treninqlər ən müasir və samballı mənbələrdən istifadə edilmiş tibbi protokollar üzərində qurulmuşdur və treninqin sonunda mövzuya dair test üsulu ilə bilikləriniz yoxlanacaqdır. Odur ki, yazılmağa tələsin, yerlər məhduddur!
Bu treninqin mövzusu: “Vertiqo və başgicəllənmələr. Diaqnostika və idarəetməyə müasir yanaşma. Ziddiyyətlər və yeniliklər”
Müzakirə olunacaq mövzular:
- Vertiqo və başgicəllənmələrin diaqnostikasına və idarə edilməsinə müasir yanaşma.
- Təcili yardım bölməsində vertiqo. Uşaqlarda, qadınlarda və qocalarda vertiqo və başgicəllənmələr
- Vertiqo və başgicəllənmələrin müalicəsində xüsusi hallar. Dərman vasitələrinin icmalı. Vestibulyar manevrlər.
- Ziddiyyətli diaqnozlar və müalicələr. Yeniliklər.
- Tarix/Saat: 28.02.2021, 10.00-15.00
- Yer: Azərbaycan, Bakı
- Müəllif, lektor, aparıcı : Dr. Sahil Mirzəyev
- Aidiyyatı olan ixtisaslar: Nevroloqlar, otorinolarinqoloqlar, terapevtlər, pediatrlar, ailə həkimləri
- Müddət: 1 gün, 4 saat virtual təlim
- Ödəniş: Ödənişlidir, 30AZN
- Aparılan dil: Əsas dil Azərbaycan dili, Sual-Cavab –Azərbaycan, Rus
- Sertifikat: verilir
Treninqdə iştirak etmə şərtləri:
Treninqlər praktik həkimlər və rezidentlər üçün nəzərdə tutulub.
Qeydiyyatın son tarixi 26 fevral 18.00-dək.
Qeyd: Professional Klubun üzvlərinə 10% endirim təqdim edilir.
Qeydiyyat bitmişdir.