NEVROLOJİ AĞRI SİNDROMLARI
Hörmətli və dəyərli izləyicilərimiz!
Sizi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Milli Nevroloqlar Assosasiyası və Health and Science İnitiatives MMC-nin birgə təşkilatçılığı ilə keçirilən “NEVROLOJİ AĞRI SİNDROMLARI” elmi-praktiki konfransında iştirak etməyə dəvət edirik.
Proqram:
18 Noyabr 2022
15:30-16:00 Qeydiyyat. Kofe fasiləsi
16:00-16:10 Açılış. Prof. Rəna Şirəliyeva
16:10-16:30 Nevroloji ağrı sindromlarının sübuta əsaslanmış diaqnostikası Prof. Aytən Məmmədbəyli
16:30-17:00 Nevroloji ağrı sindromlarında noninvaziv ağrıkəsici strategiyalar. Yeni baxış Prof. Rəna Şirəliyeva
17:00-17:45 Ağrının müasir müalicə alqoritmləri: effektivlik və təhlükəsizliyə vurğu Prof. Yakupov Eduard
17:45-18:15 Sual – cavab. Yekun söz.
18:15-19:00 Şam yeməyi
Məruzəçilər:
Prof. Rəna Şirəliyeva, Azərbaycan Dövlət Həkimləri təkmilləşdirmə İnstitutu, Nevrologiya və klinik neyrofiziologiya kafedrasının müdiri, Dağınıq skleroz üzrə Dövlət Proqramının komissiyasının rəhbəri, Nevroloqların Milli Assosiasiyası və Türkdilli Dövlətlərin Nevrologiya Cəmiyyətinin prezidenti
Prof. Aytən Məmmədbəyli, Azərbaycan Uşaq Nevroloqları Assosiasiyasının Prezidenti, Azərbaycan Tibb Universiteti Nevrologiya kafedrasının müdiri
Prof. Yakupov Eduard Zakirzyanoviç, Kazan Dövlət Tibb Universitetinin Nevrologiya, Neyrocərrahiyyə və Tibbi Genetika Kafedrasının müdiri
Tarix: 18 noyabr, 2022
Saat: 13:00-18:00
Hədəf auditoriyası: nevroloqlar, revmatoloqlar, alqoloqlar, terapevtlər
Məkan: Four Seasons Hotel Baku, Neftçilər Pr 1, Bakı
Ödəniş: Dəvətnamə ilə
Dil: Azərbaycan, Rus
DTT krediti: 5 DTT krediti
Sertifikat: Verilir
Yerlər məhduddur: 90 iştirakçı
Qeydiyyatın son günü: 11.11.2022
Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli 419 nömrəli Qərarına əsasən, peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin peyvənd sertifikatı fevralın 15-dən etibarlı hesab edilməyəcək. Xahiş edirik, canlı tədbirdə iştirak zamanı bunu nəzərə alasınız.
Sertifikat verilməsi üçün, lütfən qeydiyyatdan keçərkən ad və soyadınızı, eləcə də emailinizi düzgün qeyd etməyiniz xahiş olunur.
Qeydiyyatdan keçərkən sizə avtomatik mail gələcək, bu iştirakınızı təsdiq etmir. İştirakınızın təsdiq edilməsi yalnız “İştirakınız Təsdiq Edildi” mailindən sonra baş verəcəkdir.
Ətraflı məlumat üçün aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərsiniz:
E-mail: info@hs-i.org
Whats’app: +99455 2240772