NEVROLOGİYA ŞƏNBƏ SEMİNARLARI

20 İyul 2022

Hörmətli və dəyərli izləyicilərimiz!

Sizi 17 sentyabr 2022-ci il tarixində Rövşən Həsənovun Nevrologiya Klinikası və Health and Science Initiatives nəzdində Azərbaycan Nevroloqlar Klubunun birgə təşkilatçılıqı  ilə keçirilən “Nevrologiya Şənbə Seminarların” da iştirak etməyə dəvət edirik.

Praktik və elmi nevrologiyada son illər ciddi yeniliklər baş vermişdir. Yeni radioloji diaqnostika üsulları, insultların müasir invaziv müalicəsi, epilepsiya və dağınıq sklerozda istifadə olunan müasir dərman preparatları, neyrodegenerativ xəstəliklərin molekulyar  araşdırma metodları və s. bu kimi əhəmiyyət kəsb edən faktorlar nevrologiyanı dinamik inkişaf edən tibb sahələrindən birinə çevirmişdir. Sözsüz ki, bu cür intensiv hərəkətli vəziyyətdə elmin yeniliklərindən geridə qalmamaq hər bir nevroloq həkimin arzusu olmalıdır.
Azərbaycanda hazırki dövrdə ümumən tibbdə, xüsusilə də nevrologiya çalışan həkimlərin nəzəri və praktik hazırlıqları artıq kifayət qədər yüksəkdir. Belə ki,  iş fəaliyyəti ilə əlaqədar olaraq praktik həkimlrlə təmasda olan bir şəxs kimi  görürəm ki, son 5-10 il ərzində gənc nevroloqların bilik səviyyəsi ciddi olaraq  artmışdır. Artıq istənilən mövzu və istənilən müayinə, diaqnostika və müalicə üsulları haqda əksər nevroloqlarda kafi dərəcədə baza bilikləri vardır. Amma, bununla yanaşı gündəlik fəaliyyətdə daimi olaraq diaqnozu və müalicəsi mürəkkəb olan pasiyentlərlə qarşılaşırıq. Belə mürəkkəbliyin bir səbəbi ümumən bir sıra xəstəliklərin diaqnoz və müalicəsinin obiektiv çətin olmasıdırsa, digər səbəbi bizim hələ də məlumat qıtlığından əziyyət çəkməmizdir.  Müxtəlif yerli və xarici konfranslarda iştirak etmələr sözsüz ki, qlobal savadın artmasına kömək edir. Amma, əksərən konfranslarda məlumatların çox nəzəri, bəzən üstüörtülü verilməsi, bəzən isə qavranılması mürəkkəb olması konfransdan gözlənilən nəticənin alınmasına mane olur.
Bu boşluğu doldurmaq üçün biz Nevrologiya Şənbə Seminarlarını təşkil etməyə qərar verdik.  Bir gündə 3-5 interaktiv rejimdə keçən  seminarda hər hansı bir aktuallıq kəsb edən xəstəliyin diaqnostika, klinika, müalicəsi haqda tam, əhatəli, amma kompakt şəkildə heç bir tibbi ədəbiyyatda olmayacaq dərəcədə əhatəli məlumat sizin diqqətinizə çatdırılacaqdır. Məqsədimiz seminarda iştirak etmiş  həkimin bu xəstəlik haqda baza biliklərinin  daha mükəmməl və praktik fəaliyyətdə dərhal istifadəyə yararlı olmasıdır.  Ümüid edirəm ki, nəzərdə tutulan Seminarlar Sizin diqqətinizi cəlb edəcəkdir.

Dərin hörmət hissi ilə, Rövşən Həsənov.

Proqram

13:30-14:30 Qeydiyyat
14:30-14:55  Hərəki neyronun zədələnmələrinin ümumi xüsusiyyətləri. Prof. Rövşən Həsənov
14:55-15:25  Mərkəzi hərəki neyronun xəstəlikləri.  Dr. Nurlana Ağayeva
15:25-16:10  Periferik hərəki neyronun xəstəlikləri.  Dr. İlahə Əzizova
16:10-16:30  Çay fasiləsi
16:30-17:00 Hərəki neyron xəstəliyində genetik testlər. Dr. Cəlal Qərəsuran
17:00-17:30 Hərəki neyron xəstəliklərinin differensiasiyası.  Dr. Ayna Rəsulova
17:30-18:00 Hərəki neyron xəstəliklərinin mümkün müalicə və reabilitasiya üsulları. Prof. Rövşən Həsənov

Prof. Rövşən Həsənov – nevroloq, tibb elmləri doktoru, ADHTİ-nin nevrologiya və klinik neyrofiziologiya kafedrasının professoru,  R. Həsənovun Nevrologiya Klinikasının rəhbəri
Dr. Nurlana Ağayeva – nevroloq,  R. Həsənovun Nevrologiya Klinikasının  əməkdaşı
Dr. Ayna Rəsulova – nevroloq, neyrofizioloq,  R. Həsənovun Nevrologiya Klinikasının əməkdaşı
Dr. İlahə Əzizova – nevroloq,  R. Həsənovun Nevrologiya Klinikasının  əməkdaşı
Dr. Cəlal Qərəsuran – genetik, ELLAB klinikasının həkim genetiki

Tarix: 17 Sentyabr, 2022
Saat: 14:00-18:00
Məkan: İbis Baku City Hotel, Bakı şəhəri, Xocalı prospekti, 64
Hədəf auditoriyası: nevroloqlar
Ödəniş: 60 AZN (Ödəməyə keçid)
Dil: Azərbaycan
Sertifikat: Verilir
Yerlər məhduddur: 70 iştirakçı
Qeydiyyatın son günü: 16.09.2022

HSİ Professional Klubun üzvləri üçün endirimli qiymət – 50 AZN! (Ödəməyə keçid)

Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli 419 nömrəli Qərarına əsasən, peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin peyvənd sertifikatı fevralın 15-dən etibarlı hesab edilməyəcək. Xahiş edirik, canlı tədbirdə iştirak zamanı bunu nəzərə alasınız.

Sertifikat verilməsi üçün, lütfən qeydiyyatdan keçərkən ad və soyadınızı, eləcə də emailinizi düzgün qeyd etməyiniz xahiş olunur.

Qeydiyyatdan keçərkən sizə avtomatik mail gələcək, bu iştirakınızı təsdiq etmir. İştirakınızın təsdiq edilməsi yalnız “İştirakınız Təsdiq Edildi” mailindən sonra baş verəcəkdir.

Ətraflı məlumat üçün aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərsiniz:
E-mail:        info@hs-i.org
Whats’app:   +99455 224 07 72