Miqren.Diaqnostika. Menecment. Ziddiyyətlər və yeniliklər
Hörmətli kolleqalar! Sizləri Health and Science İnitiatives şirkətinin rəhbərliyi ilə keçirilən nevrologiyanın aktual mövzularında tsikl treninqlərə dəvət edirik! Treninqlər ən müasir və samballı mənbələrdən istifadə edilmiş tibbi protokollar üzərində qurulmuşdur və treninqin sonunda mövzuya dair test üsulu ilə bilikləriniz yoxlanacaqdır. Odur ki, yazılmağa tələsin, yerlər məhduddur!
İlk treninqin mövzusu: “Miqren.Diaqnostika. Menecment. Ziddiyyətlər və yeniliklər”
Burada Miqrenin diaqnostikası, differensial diaqnostikası, kəskin tutmaların müalicəsi, profilaktika və preventiv müalicə, pəhriz, alternativ üsullar, miqrenlə bağlı diaqnostika və müalicədə ziddiyyətli məqamlar, yeniliklər, müalicə sxemləri, gələcək gözləntilər təqdim ediləcəkdir.
- Tarix/Saat: 05-06.06.2021, 14.00-18.00
- Yer: Azərbaycan, Bakı
- Müəllif, lektor, aparıcı : Dr. Sahil Mirzəyev
- Aidiyyatı olan ixtisaslar: Nevroloqlar, terapevtlər, pediatrlar, ailə həkimləri
- Müddət: 2 gün, 4 saat virtual təlim
- Ödəniş: Ödənişlidir, 50AZN
- Aparılan dil: Əsas dil Azərbaycan dili, Sual-Cavab –Azərbaycan, Rus
- Sertifikat: verilir
Treninqdə iştirak etmə şərtləri:
Treninqlər praktik həkimlər və rezidentlər üçün nəzərdə tutulub.
Qeyd: Professional Klubun üzvlərinə 10% endirim təqdim edilir.
Təlimin qiymətinə təlimə dair materiallar ilə müəllif kitabıda daxiıdir.