Elmi araşdırmaların aparılması üzrə təlim+SPSS
Hörmətli və dəyərli izləyicilərimiz!
Sizi İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Health and Science İnitiatives nəzdində yaranmış Elmi Araşdırmalara Dəstək Mərkəzimiz tərəfindən təşkil olunmuş “Elmi araşdırmaların aparılması üzrə təlim+SPSS”də iştirak etməyə dəvət edirik.
Təlim 4 həftə ərzində davam edəcəkdir və aşağıdakı mövzuları əhatə edəcəkdir:
- Elmi işin aparılmasına dair müasir tələblər
- Elmi işinin əsas mərhələləri: a)qipotezanın formallaşdırılmasının prinsipləri, b)etik
- komitənin razılığı, c)məlumatlandırılmış razılığının alınması, d)işdə istifadə olunan ölçü metodları
- Xəstəliyin yayılma dərəcəsinin qiymətləndirilməsi
- Xəstəliyə təsir göstərən risk faktorların analizı
- Seçim qruppası, keyfiyyət və kəmiyyət tipli dəyişkənlər və onların statistik analizı. SPSS-də praktiki iş
- Araşdırmanın dizaynı: kross-seksion, keys-kontrol, kohort tipli tədqiqatlar, kliniki randomizə olunmuş araşdırmalar və meta-analiz
- Elmi araşdırmanın aparılma mərhələsində əsas buraxılan səhvlər və onların korreksiyası
- Korrelasion analiz və səbəb-nəticə əlaqəsi. SPSS-də praktiki iş
- Pubmed-də elmi məqalələrin axtarış qaydaları və prinsipləri
Təlim Elmi Araşdırmalara Dəstək Mərkəzi-nin təlimçisi tərəfindən aparılacaqdır.
Tədbir CANLI şəkildə keçiriləcəkdir.
- Təlimin başlama tarixi 17 yanvar 2022-ci il
- Tarix/Saat: 17.01.2022, I və IV günlər, saat 16.00-18.00, 4 həftə olacaq dərslər.
- Yer: Capsian Plaza, Lotfizadeh Technology Center 18 ci mərtəbə, Simpsons otağı
- Müəllif, məruzəçi : T.ü.f.d. Gülay Məmmədzadə, Aydan Xasməmmədzadə
- Aidiyyatı olan ixtisaslar: Bütün sahələrdə elmi araşdırma aparan və aparmaq arzusunda olan hər bir ixtisas
- Ödəniş: Həkimlər üçün 400 AZN, tələbələr üçün 360 AZN
- Aparılan dil: Əsas dil Azərbaycan dili, Sual-Cavab –Azərbaycan, Rus
- DTT krediti: 11 DTT krediti
- Sertifikat: verilir
- Qeydiyyatın son günü: Qeydiyyat bitmişdir!
Ətraflı məlumat üçün aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərsiniz:
Website : www.hs-i.org
E-mail: info@hs-i.org
Whats’app: +99455 224 07 72