Mama-Ginekologiyada ultrasonografiya təlimi
Hörmətli və dəyərli izləyicilərimiz!
11-13 mart 2022-ci il tarixlərində İbis Baku City Hoteldə keçirilən Health and Science Initiatives tərəfindən təşkil olunmuş “Mama-Ginekologiyada ultrasonografiya” təlimi uğurla başa çatdı.. Təlimdə 30-dan çox mama-ginekoloq və radioloqlar iştirak etdi. Təlimdə Dr.Azər Fərəcov, Prof. Dr. İslam Mahalov, Dr.Nigar Qədirova, Dr. Arzu Poluxova, Dr. Rəxşəndə Əliyeva, Dr. Nərgiz Nağıyeva və Dos., t.ü.f.d., Dr. Xəyalə Təhməzi öz töhvələrini verdilər. Təlimin son günündə hamilələr üzərində rəsmi sponsor MedAZ şirkəti tərəfindən təqdim edilən MindRay “Resona 19” USM cihazında və simulatorda canlı praktikalar keçirildi. Təlimin son günündə əməyi keçən MedAZ şirkətinə və əməyi keçən hər kəsə təşəkkürlərimizi bildiririk. Təlimdən görüntüləri sizlərə təqdim edirik.