“KƏSKİN AĞRI MENECMENTİNİN MÜASİR ASPEKTLƏRİ” hibrid konfransı baş tutdu!

05 Noyabr 2021

Böyük sevinc və qürur hissi ilə qeyd etmək istəyirik ki, 28 oktyabr 2021-ci il tarixində İctimai Səhiyyə və İslahatlar Mərkəzinin və Onlayn Ağrı və Podaqra Akademiyasının birgə təşkilatçılığı, Health and Science İnitiatives və Berlin-Chemie Menarini şirkətlərinin  texniki dəstəyi  ilə “Kəskin ağrı menecmentinin müasir aspektləri“ hibrid formatlı konfransı uğurla başa çatdı.

Konfransda tanınmış yerli və xarici mütəxəssislər iştirak etmişdir. Konfransda Osteoartrit və artritin müalicəsi, Ürək-damar və mədə-bağırsaq xəstəlikləri olan osteoartritli xəstələrdə ağrının idarə edilməsi, Xroniki bel ağrısında müasir yanaşmalar, hiperurikemiya, Planlı cərrahi əməliyyatlardan sonraki ağrıların idarə edilməsində QSƏİP-lərin effektivliyi mövzularına dair çox dəyərli və faydalı məruzələr dinlənildi.

Tədbirdə 200-ə yaxın canlı və onlayn formatda  tibbin müxtəlif sahələrindən, xüsusən də endokrinoloq, onkoloq, neyrocərrah, anestezioloq-nevroloq, revmatoloq, terapevt və digərləri  qatılmışdırlar.

Sonda tədbirin bütün təşkilatçılarına İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Onlayn Ağrı və Podaqra Akademiyasına, təşkilati dəstək göstərən Health and Science İnitiatives şirkətinə, elmi və təşkilat komitəsinin üzvlərinə, sponsorlara (Berlin-Chemie, JW Mariott Absheron Baku) və əməyi keçən hər kəsə təşəkkürlər bildirildi.