” SƏA-na multidissiplinar yanaşma ” nadir xəstəliklərin gününə həsr olunmuş beynəlxalq elmi-praktik konfransı başa çatdı!

19 February 2022

Hörmətli və dəyərli izləyicilərimiz!

K.Y.Fərəcova Elmi Tədqiqat Pediatriya İnstitutu, Milli Nevroloqlar Assosiasiyası və Azərbaycan Uşaq Nevroloqları Assosiasiyasının birgə təşkilatçılıqı ilə 17-18 fevral 2022-ci il tarixində, Holiday İnn Hoteldə təşkil olunmuş,  “Sinir Əzələ Atrofiyasına multidissiplinar yanaşma ” nadir xəstəliklərin gününə həsr olunmuş beynəlxalq elmi-praktik konfransı uğurla başa çatdı. Tədbirdə Prof. Dr. Aytən Məmmədbəyli, Dr. t.ü.f.d., Allahverdi Musayev, Dr. Azər Əhmədov, Dr. Hacıyeva İlahə ve başqa xarici spikerlər Prof. Dr. Kürşat Bora Çarman, Doç. Dr. Ömer Bektaş, Prof. Dr. Aynur Ayşe Karaduman, Dr. Azize Reda Tunç, öz töhvələrini verdilər. Tədbirdə Roche şirkətinin Türkiyə nümayəndələri də iştirak etmişdir. Tədbirin təşkilində xüsusilə Azərbaycan Uşaq Nevroloqları Assosiasiyasına və əməyi keçən hər kəsə təşəkkürlərimizi bildiririk.

 

Konfransın videosunu YouTube kanalımızda izləyə bilərsiniz.