4-cü Beynəlxalq Türk Dünyası Dağınıq Skleroz Konqresi
Hörmətli və dəyərli izləyicilərimiz!
Bu gün 6-10 iyun 2022-ci il tarixlərində Özbəkistanın Səmərqənd şəhərində keçirilən 4-cü Beynəlxalq Türk Dünyası Dağınıq Skleroz Konqresinin ilk günü başa çatdı. Konqresin həmsədarəti Prof. Şərəf Dəmirkaya-nın təşəbbüsü ilə Azərbaycandan 34 iştirakçı onlayn şəkildə qatılmışdır. Konqres çox məhsuldar keçir və iyunun 10-a kimi davam edəcək. Azərbaycan Uşaq Nevroloqları Assosiasiyasının Prezidenti, Azərbaycan Tibb Universiteti Nevrologiya kafedrasının müdiri, Prof. Dr. Aytən Məmmədbəyli bu konqresdə Azərbaycanı təmsil edirdi. Konqres 4 gün davam edəcək.