Şərtlər və Qaydalar
Bu Şərtlər və Qaydalar (bundan sonra “Qaydalar”) https://old.hs-i.org saytının İstifadəçiləri tərəfindən istifadə şərtlərini müəyyən edir. “Health and Science İnitiatives” MMC-nin Xidmətlərindən istifadə edərək, Siz, İstifadəçilər üçün bu “Şərtlər və Qaydalar” və ona əlavə edilmiş dəyişikliklər, habelə https://old.hs-i.org/mexfilik-siyaseti ünvanında yerləşdirilmiş və ayrılmaz tərkib hissəsi sayılan Məxfilik Siyasəti ilə razılaşmış olursunuz, həmçinin təsdiq edirsiz ki, hazırkı Qaydalarının bütün bəndləri ilə tanış edilmisiz və onları sözsüz və tam həcmdə qəbul edirsiniz.
Əgər bu Qaydalarının şərtləri ilə razı deyilsinizsə, HSI-nın Xidmətindən istifadə etməməyinizi xahiş edirik.
- Əsas termin və anlayışlar
- Aşağıda göstərilən termin və anlayışlar bu Qaydalarının məqsədləri üçün aşağıdakı mənaları ifadə edir:
- “Health and Science İnitiatives” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “HSI” və ya “Administrasiya”) – Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və onun qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən hüquqi şəxsdir, Servisin inzibatçılığını həyata keçirir və ona Servis üçün mülkiyyətin bütün müstəsna hüquqları aiddir.
“HSI”-nın əlaqə məlumatları:
Ticarət adı: “HSI”
VÖEN: 1505133411
Ünvan: Azərbaycan Respublikası, AZ1008, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8, mənzil 157
Tel.: +994 55 224 07 72 | e-mail: info@hs-i.org | https://old.hs-i.org; https://hs-i.az
- İstifadəçi (və ya Siz) – Qaydalarının şərtlərini qəbul etmiş və HSI-nın xidmətlərindən istifadə edən tam fəaliyyət qabiliyyətinə malik olan istənilən fiziki və ya hüquqi şəxsdir. İstifadəçi veb sayta həm üzv (müvafiq qaydada qeydiyyatdan keçmiş şəxs) qismində, həm də üzv olmadan (qeydiyyatdan keçmədən) Ziyarətçi kimi daxil olan şəxslər nəzərdə tutulurlar.
- Tərəflər (və ya Tərəf) – bir yerdə və ya ayrılıqda HSI və İstifadəçi nəzərdə tutulur.
- Veb sayt (və ya Sayt) – İnternet şəbəkəsində https://old.hs-i.org və https://hs-i.azdomen ünvanında yerləşdirilmiş İnternet-resursu (veb sayt), müxtəlif əməliyyat sistemləri əsasında sayta əlavələr və başqa xidmətlər, həmçinin proqram təminatıdır, saytın, əlavələrin və başqa xidmətlərin dizaynı (qrafiki tərtibatı), məlumat bazası, xidmətlərin istənilən bölməsi (yarımbölmələri), həmçinin xidmətlərdə Administrasiya və İstifadəçilər tərəfindən yerləşdirilmiş informasiyadır. Veb sayt HSI-ın mülkiyyətidir.
- Veb sayt rəhbərliyi – HSI-ın adından çıxış edərək Saytın idarə olunması üçün səlahiyyətli şəxslərdir.
- Xidmət (və ya Servis) – İstifadəçinin HSI-dan əldə etdiyi xidmətlər, o cümlədən hər hansı mal və ya iş.
- Professional Klub (və ya Klub) – Müxtəlif ixtisaslı Klub üzvləri arasında fikir, təcrübə, peşəkar maraq dairələrinin və digər (sosial, elmi və s.) məlumatların mübadiləsinin aparılması, üzvlərin peşəkar biliklərinin genişləndirilməsi və qeyri-rəsmi ünsiyyətinin təmin edilməsi, habelə üzvləri maraqlandıran bu kimi digər münasibətlərini əhatə edən, hüquqi şəxs olmayan və HSI çərçivəsində fəaliyyət göstərən struktur. Professional Klubun tərkibində bir çox ixtisaslı peşəkar klub(-lar) ola bilər.
- Tərəfdaş (və ya Partnyor) – HSI ilə əməkdaşlıq edən fiziki və ya hüquqi (kommersiya və ya qeyri-kommersiya şirkətlər, holdinqlər və s.) şəxslər, dövlət qurumları, beynəlxalq təşkilatları və s. Tərəfdaşların kimliyi, məhsulları və xidmətləri haqqında məlumat onların veb-saytı vasitəsilə verilə bilər.
- İnformasiya – veb saytda İstifadəçi və ya Administrasiya tərəfindən yerləşdirilmiş istənilən məlumat və ya məlumatlar məcmusudur.
- Məxfilik Siyasəti – HSI tərəfindən işlənib hazırlanmış İstifadəçilərin şəxsi məlumatları ilə iş prinsipləri. HSI-ın veb-saytında yerləşdirilir.
- Şəxsi kabinet – İstifadəçi mühitinin onun tərəfindən daxil edilmiş (yerləşdirilmiş) məlumatlar məcmusudur. Hər bir İstifadəçinin yalnız bir Şəxsi kabinetə malik olmaq hüququ var.
- Verifikasiya– müəyyən e-poçtunun konkret fiziki və ya hüquqi şəxsə məxsus olduğunu müəyyən etməyə imkan verən prosedurdur. Bu prosedur nəticəsində İstifadəçiyə Unikal identifikator (UİD) verilir və verifikasiya edilmiş telefon nömrəsinə bağlı olan Şəxsi kabinetə keçid təqdim edilir.
- Unikal identifikator (və ya UİD) – veb saytda yaradılmış, Şəxsi kabinet çərçivəsində hər bir UİD üzrə İstifadəçinin həyata keçirdiyi hərəkətlərin uçotunu aparmağa imkan verən simvollu və ya qrafik ardıcllıqdır.
- Qanunsuz hərəkətlər – veb saytın məqsədlərinə zidd şəkildə bu Qaydaları pozaraq İstifadəçinin vicdansız hərəkətləri, habelə birbaşa olaraq Qaydalarda qeyd edilmiş və ya qeyd edilməmiş digər vicdansız hərəkətlər.
- Maliyyə tərəfdaşı– “PulPal” MMC (VÖEN: 1006028471, Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1117, Binəqədi Rayonu, Biləcəri ŞTQ, məhəllə 5057/68, ev 4, m. 1).
- Bu Qaydalarda istifadə olunan və “Əsas termin və anlayışlar” maddəsində əksini tapmayan istənilən terminlər və anlayışlar, bu Qaydalarının mətninə uyğun olaraq izah ediləcəkdir. Bu Qaydalarda istifadə edilən anlayış və terminin izah edilməsi barədə istənilən fikir ayrılıqlarının yaranması halında, Administrasiya tərəfindən müəyyən edilmiş izah etmə tətbiq ediləcəkdir.
- Ümumi müddəalar
- Bu Qaydalar veb saytının HSI və İstifadəçisi arasındakı münasibətləri tənzimləyir.
- İstifadəçi qəbul edir ki, veb saytda bütün materialları və xidmətləri və ya onların istənilən hissəsi reklamla müşayiət oluna bilər. İstifadəçi reklam xarakterli ismarıcların alınmasından imtina etmək hüququndadır.
- İstifadəçinin Servisdən istifadə etməsi zamanı Məxfilik siyasətində müəyyən edilmiş şərtlərə və məqsədlər üçün, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq işlənməsi üçün HSI-ya ötürülür.
- İstifadəçi Məxfilik Siyasətinə uyğun olaraq Administrasiyaya şəxsi məlumatlarını toplamaq, saxlamaq və istifadə etmək hüququnu verir.
- İstifadəçi razılıq verir ki, qeydiyyat zamanı təqdim etdiyi məlumatlar, habelə HSI-ın serverinə daxil olan bütün digər məlumatlar, əməliyyatlar, tranzaksiyalar, şəxsi məlumatlar daxil olmaqla, HSI tərəfindən analitik və statistik məqsədlər üçün istifadə oluna və üçüncü şəxslərə ötürülə bilər.
- Veb saytdan istifadə etməklə İstifadəçi, səhv, natamam, gecikmiş, yanlış, qanunsuz, təhqiramiz və ya başqa bir şəkildə zərərli ola biləcək məzmun və ya məlumatlarla qarşılaşa bilər. HSI ümumilikdə Tərəfdaşlar tərəfindən təqdim edilmiş məlumatları nəzərdən keçirmir.
- Xidmətlərdən istifadə edərək İstifadəçi qanunvericiliyin tələbləri və əxlaqın hamı tərəfindən qəbul edilmiş normaları ilə ziddiyyət təşkil etməməlidir.
- İstifadəçi tərəfindən başqa şəxslərin hüquqlarının və ya qüvvədə olan qanunvericiliyin pozulması və digər hallarda, Administrasiya İstifadəçinin girişini məhdudlaşdırmaq və ya dayandırmaq hüququna malikdir. Administrasiya öz şəxsi mülahizəsi üzrə İstifadəçinin hazırkı Qaydalarının şərtlərini pozan xidmətlərinə girişi dayandırmaq hüququna malikdir.
- İstifadəçi tərəfindən beynəlxalq hüququn və qüvvədə olan qanunvericiliyin normalarının pozulmasına səbəb olacaq hərəkətlərin həyata keçirilməsi qadağandır.
- HSI-nın veb saytı, Xidmətlərin təsviri və istifadə qaydası
- Veb saytdan istifadə yalnız tam fəaliyyət qabiliyyətinə malik olan istənilən fiziki və hüquqi şəxslər üçün nəzərdə tutulur.
- Veb sayt iki dildə – Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.
Veb saytından istifadə və ya qeydiyyat könüllü xarakter daşıyır. Qeydiyyat zamanı İstifadəçi tam və dəqiq məlumat verməli, həmçinin Şəxsi kabinetində barəsində olan məlumatların aktuallığına nəzarət etməlidir. Administrasiya qeydiyyat zamanı İstifadəçi qeyd etdiyi məlumatların doğruluğunu təsdiq edən sənədləri tələb etmə hüququna malikdir.
- Veb saytda qeydiyyatdan keçmək üçün İstifadəçi aşağıdakı prosedurdan keçir:
- Ad, soyad, ata adı, telefon, e-poçt, status (həkim, rezident, tələbə və ya digər), ixtisas, iş yeri, vəzifə, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, istənilən parol və digər məlumatları daxil edir;
- Robot olmamasını müvafiq şəkildə təsdiq edir;
- Veb saytın Şərtlər və Qaydalarının şərtləri ilə razılığını müvafiq şəkildə təsdiq edir.
- Bundan sonra İstifadəçiyə e-poçt vasitəsilə müvafiq verifikasiya linki göndərilir, həmin linkdən keçməklə İstifadəçi verifikasiyası uğurla tamamlanmış hesab olunur və veb saytın xidmətindən tam istifadə etmək üçün Şəxsi kabinetinə giriş əldə edir.
- İstifadəçi öz loqin və parolundan istifadə etməklə Şəxsi kabinetinə daxil olur və veb saytın xidmətlərindən istifadə edilməsi məqsədilə Şəxsi kabinetində müvafiq kateqoriyanı seçir.
- HSI İstifadəçələrə aşağıda göstərilən kateqoriyalarla məhdudlaşmayaraq xidmətləri göstərir:
– Elmi konsaltinq. Bu xidmət çərçivəsində İstifadəçi HSI-ya müraciət edərək yaranmış vəziyyəti barədə məlumat verir, HSI isə öz növbəsində ayrıca xidmətlərin göstərilməsi haqqında müqavilə bağlamaqla konsaltinq xidmətləri göstərir.
– Elmi və praktiki tədbir və konfransların (bundan sonra “Tədbir”) təşkil edilməsi. Bu halda HSI öz saytının müvafiq bölməsində keçiriləcək tədbirlər barədə məlumat (tarix, vaxt, qeydiyyat qaydaları, tədbirin proqramı, ödəniş qaydaları, son qeydiyyat tarixi və s.) yerləşidirir, İstifadəçi isə qeydiyyatdan keçərək Maliyyə Tərəfdaşın səhifəsinə yönləndirilir, ödənişi həyata keçirir və bu barədə avtomatlışdırılmış xəbərdarlıq məktubunu alaraq müvafiq tədbirdə iştirak etmək hüququ qazanır.
Tədbirlər əyani, onlayn (zoom, microsoft teams və bu kimi digər tətbiqlər vasitəsilə) və ya hibrid (onlayn və əyani rejimləri ehtiva edən) şəkildə təşkil oluna bilər. Tədbirlərin keçirilməsi zamanı tədbirdə iştirak edən şəxslər (iştirakçı, spiker, texniki heyət və s.) tərəfindən foto və video çəkilişlər, o cümlədən ekran görüntülərinin qeydiyyata alınması, ancaq HSI-nın əvvəlcədən yazılı razılığı əsasında həyata keçirilə bilər. Tədbir zamanı nümayış olunan bütün görüntüləri HSI-nin yazılı razılığı (icazəsi) olmadan yayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan məsuliyyət daşıyırlar.
İstifadəçi müvafiq tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçəndən sonra həmin tədbirdə iştirak etməkdən imtina etdiyi halda, onun tərəfindən ödənilmiş məbləğ müvafiq tədbirin ödəniş qaydalarına əsasən tənzimlənir.
İstifadəçi tərəfindən müvafiq Tədbir üzrə ödənilmiş pul vəsaiti ödənildiyi andan 30 (otuz) təqvim günü ərzində geri qaytarıla bilər. Bunun üçün İstifadəçi rəsmi şəkildə e-poçt vasitəsilə Administrasiyaya müraciət ünvanlanmalıdır.
İstifadəçi pul vəsaitinin qaytarılmasına dair müraciəti 7 (yeddi) təqvim günü ərzində edərsə, bu halda Maliyyə Tərəfdaşı Administrasiyanın müraciəti əsasında İstifadəçinin ödənilmiş pul vəsaitini tam həcmdə geri qaytara bilər.
İstifadəçi pul vəsaitinin qaytarılmasına dair müraciəti 7 (yeddi) təqvim günündən sonra, lakin 30 (otuz) təqvim gününədək edərsə, bu halda Maliyyə Tərəfdaşı Administrasiyanın müraciəti əsasında İstifadəçinin ödənilmiş pul vəsaitini 2% (iki faiz) məbləğində kommissiyanı tutmaqla geri qaytara bilər.
İstifadəçi pul vəsaitinin qaytarılmasına dair müraciəti 30 (otuz) təqvim günündən sonra edərsə, bu halda İstifadəçinin ödənilmiş pul vəsaiti geri qaytarılmır.
HSI-nın birbaşa təqsiri ucbatından hər hansı tədbir əvvəlcədən qeyd olunmuş vaxtdan təxirə salındığı təqdirdə, HSI Maliyyə Tərəfdaşı vasitəsilə İstifadəçilər tərəfindən ödənilmiş məbləği tam həcmdə qeri qaytarır. Bu qayda fors-major hallarına şamil olunmur.
– Elmi iş, məqalə yaxud dissertasiyaların (bundan sonra “İş”) plagiat olub-olmamasının yoxlaması. İstifadəçi veb saytın müvafiq bölməsində qeydiyyatdan keçərək, qeyd olunan məlumatları (ad, soyad, ata adı, doğum tarixi, şəxsiyyət vəsiqəsinin məlumatları, e-poçt, telefon, mövzunun adı, elmi rəhbərinin adı, iş yeri, vəzifə, ixtisas və digər) əlavə edir, daha sonra Maliyyə Tərəfdaşının səhifəsinə keçərək ödənişi həyata keçirir.
Yuxarıda göstərilən şərtləri yerinə yetirməklə, Administrasiya 1 (bir) iş günü ərzində İstifadəçinin İşini və zəruri olan digər məlumatları dəqiqləşdirməklə sifarişi qəbul edir və araşdırmaya başlayır. Plagiata yoxlama aparılması zamanı Administrasiya StrikePlagiarism.com antiplagiat sistemi ilə əməkdaşlıq edir. İstifadəçinin İşinə dair hesabat (report) və rəy araşdırma başlayandan sonra 14 (on dörd) təqvim günündən gec olmayaraq İstifadəçiyə təqdim olunur. Ödəniş həyata keçiriləndən sonra İstifadəçi İşini 3 (üç) iş günü ərzində təqdim etmədiyi təqdirdə və ya İş İstifadəçi tərəfindən təqdim ediləndən sonra ödənilmiş məbləğ qeri qaytarıla bilməz.
– Professional kluba üzvlük. Kluba üzvlük ödənişli forma əsasında həyata keçirilir, qeydiyyat könüllü xarakter daşıyır. Qeydiyyat zamanı İstifadəçidən
İstifadəçi qeydiyyatdan keçərkən üzvlük statusu əldə edir və 3 (üç) iş günü ərzində adlı sertifikatla təmin olunur. Üzvlük cari ilin yanvarın 1-dən, dekabrın 31-dək davam edir və bütün üzvlər və qeyri-üzvlərə şamil olunur. Üzvlük haqqı sertifikat üzvün e-poçtuna göndərildikdə, rəsmi şəkildə təqdim edildikdə və ya üzvlük istənilən halda dayandırıldıqda və ya xitam verildikdən sonra geri qaytarıla bilməz.
Üzvlər qeydiyyatdan keçmiş bütün ixtisaslı tibb mütəxəssisləridir. Klub öz fəaliyyətini iclas, dəyirmi masa formatında konfrans (o cümlədən mətbuat konfransları), habelə qanunvericiliklə qadağan olunmayan və klubun məqsədlərə zidd olmayan formatda həyata keçirə bilər.
Kluba üzvlük aşağıda göstərilən hallarda dayandırıla və ya xitam verilə bilər:
– Üzvünün könüllü təşəbbüsü ilə Administrasiyanın e-poçtuna ünvanlanmış yazılı müraciət əsasında (səbəb göstərilməklə);
– Üzvünün hərəkəti və ya fəaliyyəti Klubun mənafeyinə və nüfuzuna xələl gətirirsə, məqsəd və ya prinsiplərinə zidd olursa, Klubun sədrinin qərarı.
- Veb saytda qeydiyyatdan uğurla keçmiş şəxs öz loqin və parolundan istifadə edərək Mobil Tətbiqindən də istifadə edə bilər.
- İstifadəçi loqin və parolunu, telefon nömrəsini, e-poçtunu və fərdi kodlarını gizli saxlamağı, üçüncü şəxslərə bildirməməyi öhdəsinə götürür. İstifadəçidə qeyd olunan məlumatların təhlükəsizliyi, onların üçüncü şəxslər tərəfindən qeyri-qanuni istifadə edilməsi ilə bağlı şübhələr yarandığı halda, İstifadəçi dərhal bu barədə Administrasiyanı məlumatlandırmağı öhdəsinə götürür.
- İstifadəçi aşağıda göstərilənləri etməkdən çəkinməyi öz öhdəsinə götürür:
– veb saytın normal fəaliyyətinə mane olmaq, o cümlədən spam və ya virusların yayılması;
– başqa bir şəxsin Şəxsi kabinetindən istifadə etmək və/və ya veb sayt vasitəsilə digər istifadəçinin şəxsi ödəmə məlumatlarına daxil olmaq;
– HSI-ya məxsus olan və ya HSI tərəfindən lisenziya əsasında istifadə edilən müəlliflik hüquqlarından, patentlərdən, məlumat bazalarından, proqramlaşdırma kodlarından və digər əqli mülkiyyət hüququ predmetlərini qeyri-qanuni şəkildə istifadə etmək surətini çıxarmaq, dəyişdirmək, törəməsini yaratmaq və s.;
– HSI-ın və ya əlaqəli bir texnologiya və ya onun hər hansı bir hissəsi üçün tərs layihələndirmək, mənbə kodunu götürmək və ayırmaq, əks şifrləmə etmək və ya mənbə kodunu əldə etməyə digər şəkildə cəhd göstərmək;
– veb saytdan əldə edilmiş hər hansı bir məlumatı HSI-nın razılığı olmadan toplamaq, istifadə etmək, surətini çıxarmaq və ya ötürmək;
– Administrasiyanın əvvəlcədən verilmiş icazəsi olmadan veb saytdan istifadə etmək üçün robotlardan, məlumat toplayan və çıxaran proqramlardan və digər avtomatlaşdırılmış proqram və metodlardan istifadə etmək;
– saxta kimlik və ya başqa birinin kimliyindən (şəxsiyyət vəsiqəsi, pasport və digər təsdiqedici sənəd) istifadə edərək veb saytda qeydiyyatdan keçmək.
- Administrasiya tərəfindən göstərilən xidmətlərdən yararlanarkən, İstifadəçi bütün şərtlərlə tanış olmağı və razılaşmağı öhdəsinə götürür.
- İstifadəçi razılaşır ki, qeydiyyat zamanı qeyd olunmuş telefon nömrəsinə və e-poçtuna göndərilən ismariclar, habelə veb saytın və digər xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi təklifi göndərilə bilər.
- Administrasiya İstifadəçinin məlumatların (qeydiyyat, xidmətlərin göstərilməsi zamanı təqdim olunmuş və digər) doğruluğunun süni intellekt (Sİ) və ya texniki üsullarla yoxlamaq hüququnu özündə saxlayır.
- İstifadəçi Xidmətlərdən istifadə etməklə bütün riskləri anlayır və qəbul edir ki, o cümlədən, daxil etməklə, amma məhdudlaşdırılmadan: spam – mesajların göndərilməsi üçün siyahılara elektron poçt ünvanının düşməsi riski, elektron poçt ünvanının müxtəlif növ dələduzlara düşməsi riski, telefon nömrəsinin SMS-spamerlərə və/və ya SMS-dələduzlara düşməsi riski və informasiyanın belə yerləşdirməsindən irəli gələn başqa risklər mümkündür.
- Veb saytda istifadəsi məhdudlaşdırılmış və ya dayandırılmış İstifadəçinin veb saytın və onun xidmətlərinə giriş üçün başqa İstifadəçinin qeydiyyat məlumatlarından istifadə etməsi qadağandır.
- Qaydaların qüvvədə olma müddəti və xitamı
- Bu Qaydalar İstifadəçi tərəfindən veb saytın xidmətlərindən istifadəsinin başlanğıcı anından qüvvəyə minir, veb saytda İstifadəçinin qeydiyyatı və ya hər hansı xidmətindən yararlanması faktından asılı olmayaraq müddətsiz olaraq qüvvədədir.
- İstifadəçi istənilən vaxt Xidmətlərdən özünün istifadə hüququnu dayandırmaq hüququna malikdir. İstifadəçinin bu hüququnun dayandırılması edilmiş yazılı müraciət əsasında Administrasiya tərəfindən həyata keçirilir.
- Administrasiya şəxsi mülahizə üzrə İstifadəçinin girişini dayandırmaq hüququna malikdir. Xidmətlərə girişi dayandırılan və ya məlumatları həqiqi olmayan İstifadəçi Administrasiyanın xüsusi icazəsi olmadan təkrar qeydiyyatdan keçmək hüquqlarına malik deyil, həmçinin belə İstifadəçi Veb sayta giriş üçün başqa İstifadəçinin qeydiyyat məlumatlarından istifadə etmək hüquqlarına malik deyildir.
- Məsuliyyət
- Tərəflər öz hərəkətlərinə (və ya hərəkətsizliyinə) görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyır.
- Administrasiyanın Xidmətlərindən istifadə edərək üçüncü şəxslərə və ya Administrasiyaya dəymiş zərərə görə İstifadəçi özü məsuliyyət daşıyır.
- Administrasiya veb saytının tam fəaliyyətini təmin etmək üçün bütün səyləri göstərir, lakin bu zaman veb saytda proqram-texniki nasazlıqlar və digər oxşar vəziyyətlər səbəbindən Xidmətlərdən istifadəsinin mümkün olmamasına görə məsuliyyət daşımır.
- Administrasiya İstifadəçinin https://old.hs-i.org/sertler-ve-qaydalari-qebul-et/ linkində paylaşılmış Şərtlər və Qaydalarını pozduğunu aşkar etdiyi halda, Administrasiya İstifadəçinin Şəxsi kabinetinə girişi məhdudlaşdırmaq hüququnu özündə saxlayır.
- İstifadəçi veb saytı çirkli pulların yuyulması məqsədləri, həmçinin hər hansı digər cinayət və qanunla qadağan olunmuş fəaliyyəti üçün istifadə etməyəcək. Əgər İstifadəçi bu tələbəni pozarsa, Administrasiya İstifadəçinin veb saytından istifadəsini daimi olaraq dayandırır, eləcə də müvafiq hüquq-mühafizə orqanlarına məlumat verir.
- HSI tərəfindən göstərilən xidmətləri istənilən vaxt müvəqqəti dayandırıla və ya daimi olaraq ləğv edilə bilər.
- Administrasiya yerləşdirilən hər hansı reklam və ya elanlara və onların məzmunu, başqa resurslara istinadlar və onların təsvirində göstərilmiş başqa informasiya ilə əlaqədar məsuliyyət daşımır.
- Administrasiya veb sayta ötürülə bilən və ya veb sayt vasitəsilə üçüncü şəxslər tərəfindən çatdırıla bilən istənilən proqram nasazlıqları, sınıqlar və başqa texniki və proqram nasazlıqlarına görə, həmçinin səhvlərə, proqram viruslarına, və s. görə məsuliyyət daşımır.
- Fövqəladə hallardan irəli gələn bir əməliyyatın həyata keçirilməsində gecikmə və ya uğursuzluqlar, habelə telekomunikasiya, kompüter, elektrik və digər əlaqəli sistemlərdə yaranan nasazlıqlara, transfer sistemlərinin, bankların, ödəmə sistemlərinin hərəkətləri və işləri ilə əlaqəli gecikmələrə, veb saytın düzgün işləməsi, əgər İstifadəçinin istifadə etmək üçün lazımi texniki vasitələrin olmamasına görə Administrasiya məsuliyyət daşımır.
- Fors-Major
- HSI Müqavilə üzrə öhdəliklərinin tam və ya qismən yerinə yetirilməməsinə görə, əgər belə hallar qarşısıalınmaz qüvvənin təsiri, xüsusilə, müharibələr, blokadalar, təbii fəlakətlər, pandemiya, epidemiya, epizootiya, karantin, yanğınlar, daşqınlar, zəlzələlər, tətillər, kütləvi iğtişaşlar və digər ictimai təlatümlər, o cümlədən, hakimiyyətin Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə təsir göstərə bilən fəaliyyəti nəticəsində baş vermişdirsə, məsuliyyətdən azad olunur.
- Tətbiq olunan qanunvericilik və Mübahisələrin həll edilmə qaydası
- Bu Qaydalar (o cümlədən veb saytın materiallarının və xidmətlərinin istifadəsi) Azərbaycan Respublikasının qanunvericiliyi əsasında tərtib olunmuşdur və onun əsasında təfsir edilir.
- Tərəflər arasında hər hansı bir fikir ayrılığı və ya mübahisənin baş verməsi halında, məhkəməyə müraciət etməzdən əvvəl mübahisəni danışıqlar yolu ilə həll etməyi öhdəsinə götürürlər. Mübahisəni danışıqlar yolu ilə həll etmək mümkün deyilsə, Tərəflərdən hər hansı biri, Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə onlara verilən hüquqlarının qorunması üçün məhkəməyə müraciət etmək hüququna malikdir.
- Tərəflər arasındakı Əlaqə
- Administrasiya İstifadəçilərə onların tərəfindən göstərilmiş elektron poçt ünvanlarına və ya telefon nömrələrinə elektron məktubları və/və ya qısa xəbərləri (SMS mesajları) göndərmək hüququna malikdir.
- Veb saytda dərc edilmiş və Administrasiya tərəfindən göndərilmiş mesajlar onların dərc edildiyi anından İstifadəçiyə çatdırılmış hesab edilir.
- Administrasiya başqa İstifadəçilər tərəfindən istifadəyə və/və ya Saytda mesajların forma üzrə yerləşdirilmiş avtomatlaşdırılmış sistemlərlə (robotlarla) göndərilməsinə görə məsuliyyət daşımır.
- Administrasiya başqa İstifadəçilər və/və ya robotlar tərəfindən Saytda İstifadəçi tərəfindən yerləşdirilmiş telefon nömrələrindən və elektron ünvanlarından istifadəyə görə məsuliyyət daşımır.
- İstifadəçi təsdiqləyir ki, Administrasiya İstifadəçilərə məktub və mesajları göndərmək məqsədləri üçün elektron poçt ünvanlarını və telefon nömrələrini üçüncü şəxslərə vermək hüququna malikdir.
- İstifadəçinin Administrasiya ilə yazışması ünvanı veb saytda göstərilən elektron poçt qutusunun köməyi ilə həyata keçirilir.
- İstifadəçiyə veb saytda Administrasiyanın hərəkətləri haqqında şərhlər, müzakirələr və başqa yazıları qoymaq qadağandır.
- İstifadəçi müvafiq sorğunu göndərib öz telefon nömrəsinə və ya elektron ünvana mesajların alınmasından istənilən vaxt imtina edə bilər.
- Digər şərtlər
- İstifadəçi təsdiq edir ki, onun tam fəaliyyət qabiliyyəti var və, o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu Qaydalarının şərtləri ilə nəzərdə tutulan sövdələşmələrin yerinə yetirilməsi üçün zəruri olan yaşa çatıb.
- Bu Qaydalar veb saytın hazırda mövcud olan (faktiki fəaliyyət göstərən) xidmətlərini (xidmətlərini), habelə gələcək dəyişiklikləri və əlavə xidmətləri (xidmətləri) əhatə edəcəkdir.
- Veb saytın təkmilləşdirilmə və müasirləşdirilməsi prosesində bu Şərtlər və Qaydaları ilə nəzərdə tutulan qaydalar dəyişdirilə bilər.
- Qaydaların müddəalarının İstifadəçilərindən hər hansı biri tərəfindən pozulması halında Administrasiya tərəfindən fəaliyyətsizlik daha sonra Administrasiyanı öz maraqlarının və hüquqlarının müdafiəsinə uyğun olan hərəkətləri təşəbbüs etmək hüququndan məhrum etmir.
- Bu Qaydaların hər hansı bir müddəanın etibarsız və ya məcburi icraya aid olmayan kimi tanınması Qaydaların digər müddəalarının etibarsızlıqla nəticələnmir.
- HSI Qaydalar üzrə hüquq və vəzifələrini birtərəfli qaydada üçüncü tərəfə ötürmək hüququna malikdir.
- HSI istənilən zaman bu Qaydalarının mətnində dəyişiklik və/və ya əlavələr etmək hüququna malikdir. Bu cür dəyişiklik nəşr olunduğu andan etibarən hüquqi qüvvəyə minir. Bu Qaydaların aktual mətni https://old.hs-i.org/sertler-ve-qaydalari-qebul-et/ünvanında yerləşdirilir. Bu cür dəyişikliklər edildiyi halda, HSI İstifadəçiyə dəyişikliklər barədə xəbər verməli və Qaydaların mətni ilə tanış olmaq imkanı verməlidir. İstifadəçi dəyişiklik edilmiş Şərtlər və Qaydalar ilə razı deyilsə, HSI-ın Xidmətlərindən istifadəni dayandırmalıdır.
- İstifadəçi bu Müqavilənin dəyişdirilməsinə görə yoxlanılmasına görə şəxsən məsuliyyət daşıyır.
- Hazırkı Qaydaları ilə nəzərdə tutulmamış bütün başqa şərtlər və şəraitlər, ayrı xüsusi qaydada tənzimlənə bilər.